Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi müzakirə edilib

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.
“Sputnik Armeniya”nın verdiyi məlumata görə, S. Şoyqu və V. Arutyunyan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Telefon danışığı zamanı həm də Ermənistan-Azərbaycan sərhədinin Sünik və Qeqarkunsk vilayətlərindəki məntəqələrində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsi müzakirə olunub.
Oxunub: 384
Xəbəri paylaş
Paylaş: