Gürcüstanda COVID-19-a 741 yeni yoluxma qeydə alınıb - 18 nəfər ölüb
Gürcüstanda son sutkada daha 741 nəfərə koronavirus diaqnozu qoyulub, 945 nəfər sağalaraq evə buraxılıb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 356 920 nəfər təşkil edir, onların 342 720-si sağalıb.
Ötən 24 saat ərzində xəstəlikdən daha 18 nəfər vəfat edib və ümumi ölüm sayı 5114-ə yüksəlib.
Oxunub: 228
Xəbəri paylaş
Paylaş: