Rusiya XİN Şuşa Bəyannaməsinə münasibət bildirdi:
"...Düzgün hesab etmirik"
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycanla Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinə münasibət bildirərkən deyib.
“Hesab edirik ki, regionda ikitərəfli əlaqələr, o cümlədən hərbi əlaqələr digər dövlətlərə qarşı qurulmamalıdır. Bakı ilə İrəvan arasında, o cümlədən İrəvan-Ankara dialoqunun normallaşmasına yönəlmiş bütün addımları dəstəkləyirik. Cənubi Qafqazda əməkdaşlıq mehriban qonşuluq prinsipi və əlbəttə ki, regionun bütün ölkələrinin maraqları nəzərə alınmaqla inkişaf etməlidir”, – deyə Rusiya XİN rəsmisi vurğulayıb./apa.az