"Türkiyə daxil edilmədi, format işə yaramayacaq"- Aun əl-Xasauna
"Şərqi Aralıq dənizi Qaz Forumuna Türkiyənin daxil edilməməsi düzgün addım deyil."
Bunu İordaniyanın keçmiş baş naziri Aun əl-Xasauna deyib.
“Heç şübhəsiz ki, Türkiyə ən başdan foruma daxil edilməli idi. Ancaq Şərqi Aralıq dənizi Qaz Forumu Türkiyəni kənarda tutmaq üçün yaradılan bir foruma çevrildi. Bu format işə yaramayacaq. Bölgə ölkələri və Türkiyəni kənarda saxlayan bir quruluşun hüquqi və mənəvi izahı yoxdur”, - keçmiş baş nazir bildirib.
Oxunub: 301
Xəbəri paylaş
Paylaş: