S-400-lər Şərqi Aralıq və Egey dənizində
Prezident Rəcəb Tayyib Ərdoğanın apreldə aktiv olacağını elan etdiyi S-400 komplekslərinin Egey və Şərqi Aralıq dənizi istiqamətində yerləşdiriləcəyi bildirilir.
"Yeni Şafak" xəbər verir ki, Ankarada Mürted (Akıncı) hava bazasında davam edən quraşdırma işləri türk və rus mütəxəssislər tərəfindən aparılır. Məlumata görə, azərbaycanlı mütəxəssislər da bu işdə Türkiyəyə dəstək verir.
Şərqi Aralıq dənizinin təhlükəsizliyi prioritet olduğundan sistemlər Şərqi Aralıq və Egey dənizində yerləşdiriləcək.
Türkiyə Şərqi Aralıq dənizində üç araşdırma və iki qazma gəmisi ilə fəaliyyət göstərir.
Oxunub: 340
Xəbəri paylaş
Paylaş: