Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • AMEA-nın çap edəcəyi orfoqrafiya lüğətinin alternativi nəşr olundu
  • Son illərdə ən çox işlədilən sözlərin yazılış qaydası müəyyənləşib - SİYAHI
  • “Azərbaycan dilinin Orfoqrafiya Normaları”na dəyişikliklər olunub - Hökumətdən izahat
  • Qırğızıstanda rus dilinin rəsmi statusu ilə bağlı qərar verildi
  • Azərbaycanda fevralın 1-dən məktəblər açılır - QƏRAR
  • “Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edilib

    • Tarix: 21-06-2021, 17:30

    “Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edilib


    “Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edilib.
    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Azərbaycan dilinin orfoepiya normaları

    1. Ümumi müddəalar
    1.1. Azərbaycan dilinin orfoepiya normaları “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının 2002-ci il 30 sentyabr tarixli 365-IIQ nömrəli Qanununun 13.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və müasir Azərbaycan ədəbi dilində işlənən söz və şəkilçilərin, eləcə də ixtisarların düzgün tələffüzü qaydalarını müəyyən edir.
    1.2. Müasir Azərbaycan şifahi ədəbi dilində tələffüz qaydaları lüğəvi, qrammatik və qrafik şərait prinsiplərinə görə müəyyən edilir və fonetik prinsip əsas götürülür. Bu prinsiplərə uyğun olaraq, Azərbaycan mənşəli sözlərin böyük əksəriyyəti, eləcə də alınma sözlərin müəyyən hissəsi yazıldığı kimi tələffüz edilir: badam [badam], çəpər [çəpər], ev [ev], göyərçin [göyərçin], Qarabağ [Qarabağ], oğlan [oğlan], paylaşım [paylaşım], lisey [lisey], reqlament [reqlament], yaxşı [yaxşı] və s. Alınma sözlərin bir çoxunun təlffüzündə əsasən, tarixi-ənənəvi prinsipə üstünlük verilir. Bəzi alınma sözlər Azərbaycan ədəbi dilinin ahənginə, səciyyəvi fonotaktik və fonoloji xüsusiyyətlərinə uyğun şəkildə tələffüz edilir.
    1.3. Danışıqda ədəbi dil normaları sabitləşdikcə, tələffüzlə yazı qaydaları arasındakı fərq azalır.
    2. Saitlərin tələffüzü
    2.1. Müasir Azərbaycan ədəbi dilində saitlər adi, bəzi hallarda isə qısa və uzun tələffüz olunur.
    2.2. Ərəb və fars dillərindən bir çox alınma sözlərdə a, e, ə, i, ö, u saitləri uzun tələffüz olunur və bu hala, əsasən aşağıda göstərilən açıq hecalarda rast gəlinir:
    2.2.1. ərəb və fars mənşəli bəzi sözlərin a, u, i saitləri ilə bitən açıq hecalarında uzanma baş verir: adil [a:dil], mübariz [müba:riz], hökumət [höku:mət], xəzinə [xəzi:nə], xüsusi [xüsu:si], şagird [şa:girt], vəzifə [vəzi:fə] və s.;
    2.2.2. ərəb mənşəli bir çox sözlərdə e, ə, ö saitləri mənbə dilin təsirinin nəticəsi olaraq açıq hecada və əsasən, ilk hecada uzun tələffüz olunur: elan [e:lan], etibar [e:tibar], əla [ə:la], memar [me:mar], məna
    [mə:na], mötəbər [mö:təbər], təmir [tə:mir], tətil [tə:til], şölə [şö:lə] və s.;
    2.2.3. ərəb və fars mənşəli sözlərdə ba-, bi-, la-, na- ön şəkilçilərində saitlər uzun tələffüz olunur: baməzə [ba:məzə], bitərəf [bi:tərəf], laməkan [la:məkan], narazı [na:razı] və s.
    2.3. Tərkibində eynicinsli qoşa saitlər olan ərəb mənşəli sözlər bir uzun saitlə tələffüz olunur: bədii [bədi:], camaat [cama:t], inşaat [inşa:at], maarif [ma:rif], maaş [ma:ş], mətbəə [mətbə:], saat [sa:t], təbəə [təbə:], təəssüf [tə:ssüf], təbii [təbi:] və s.
    2.4. Avropa mənşəli sözlərdəki qoşa o saiti bir uzun [o:] və ya adi [a] səsi ilə tələffüz olunur: kooperativ [k'aperativ], koordinasiya [k'ardinasiya], zoologiya [zo:logiya], zoopark [zo:park'] və s. 2.5. Müxtəlifcinsli qoşa saitlər aşağıdakı qaydada tələffüz olunur:
    2.5.1. ai, ia, iə, əi, io yanaşı saitlərinin işləndiyi alınma sözlərin tələffüzü zamanı həmin saitlərin arasına [y] səsi artırılır: ailə [a:yilə], dairə [da:yirə], vəsait [vəsa:yit], dialekt [diyalek’t], dialoq [diyalok’], faciə [fa:ciyə], müdafiə [muda:fiyə], təbiət [təbiyət], radio [radiyo], stadion [stadiyon], zəif [zəyif] və s.;
    2.5.2. aə yanaşı saitlərinin işləndiyi sözlərdə a səsi uzun tələffüz olunur: bəraət [bəra:ət], itaət [ita:ət], qənaət [qəna:ət] və s.;
    2.5.3. ae, ea, eə, əa, eo, üa, üə, au, ua, ue, uə yanaşı saitlərinin işləndiyi sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunur: aerodrom [aerodrom], aeroport [aeroport], okean [okean], realizm [realizm], teatr [teatr], fəaliyyət [fəaliyət], səadət [səadət], teorem [teorem], müalicə [müalicə], müavin [müavin], müəllim [müəllim], müəllif [müəllif], aktual [aktual], aul [aul], dua [dua], duel [duel], maneə [maneə], məcmuə [məcmuə], mətbuat [mətbuat], pauza [pauza], Rauf [Rauf],
    taun [taun], Zaur [Zaur] və s.;

    Qeyd. Yanaşı üa, üə saitlərində ü səsi qısa tələffüz olunur.
    2.5.4. saitlə bitən sözün açıq saitlə başlayan sözlə birləşməsi nəticəsində yaranmış mürəkkəb sözlərin tələffüzündə birinci sözün son saiti düşür: bacıoğlu [bacoğlu], bibioğlu [biboğlu], əliaçıq [əlaçıx], Əliağa [Əlağa], xalaoğlu [xaloğlu] və s.
    2.6. Rus və Avropa dillərindən alınmış sözlərdə vurğusuz hecalardakı o saiti vurğulu hecadan əvvəl [a] səsi ilə tələffüz olunur: fontan [fantan], laboratoriya [labaratoriya], Moskva [Mask'va], Odessa [Adessa], samovar [samavar] və s. Oktyabr və noyabr sözləri yazıldığı kimi deyilir.
    2.7. Tərkibində ov, öv hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir, fonetik prinsipə uyğun olaraq sözlər yazıldığı kimi tələffüz edilir: cövhər [cövhər], çovğun [çovğun], dovğa [dovğa], dövlət [dövlət], mövqe [mövqe], mövsüm [mövsüm], novlu [novlu], novruz
    [novruz], növbə [növbə], şövkət [şövkət], şövq [şövq], tövbə [tövbə] və s.
    3. Samitlərin tələffüzü
    3.1. Müasir Azərbaycan ədəbi dilində kar samitlər cingiltili, cingiltili samitlər isə kar tələffüz oluna bilir.
    3.2. Söz ortasında eynicinsli qoşa kar samitin (kk, pp, tt) və ya müxtəlifcinsli iki kar samitin (st, xt, sk, tk və s.) ikincisi cingiltili tələffüz olunur: səkkiz [səkgiz], təşəkkür [təşəkgür], guppultu [gupbultu], hoppanmaq [hopbammax], əlbəttə [əlbətdə], xəttat [xətdat], taxta [taxda], tüstü [tüsdü], usta [usda], kəskin [kəsgin], ötkəm [ötgəm] və s.
    3.3. Söz ortasında qq cingiltili samitinin birincisi kar tələffüz olunur: diqqət [dik'qət], müvəqqəti [müvək'qəti], saqqal [sak'qal], toqqa [tok'qa] və s.
    3.4. Söz ortasında eynicinsli digər qoşa cingiltili (bb, cc, dd, ll, mm, nn, rr, vv, yy, zz) və qoşa kar (ff, hh, ss, şş) samitlər yazıldığı kimi tələffüz olunur: addım [addım], amma [amma], bənna [bənna], dəbbə [dəbbə], güllə [güllə], qəyyum [qəyyum], qüllə [qüllə], qüvvə [qüvvə], ləzzət [ləzzət], meşşan [meşşan], məhəccər [məhəccər], mürəbbə [mürəbbə], rəssam [rəssam], səhhət [səhhət], səyyar [səyyar], şəffaf [şəffaf], terror [terror] və s.
    3.5. Söz ortasında kk ilə yazılan rus və Avropa mənşəli sözlər bir [k'] ilə tələffüz olunur: akkordeon [ak'ardeon], akkreditasiya [ak'reditasiya], akkumulyator [ak'umulyator] və s.
    3.6. Ərəb mənşəli sözlərdə -iyyat, -iyyət, -iyyə şəkilçilərindəki yy samitləri [y] kimi tələffüz olunur: cəmiyyət [cəmiyət], davamiyyət
    davamiyət, ədəbiyyat [ədəbiyat], fərziyyə [fərziyə], nəzəriyyə
    [nəzəriyə], riyaziyyat [riyaziyat] və s.
    3.7. Söz ortasında yanaşı gələn müxtəlifcinsli kar samitlərin ikincisi əsasən, cingiltili tələffüz olunur: axtarış [axdarış], asfalt [asvalt], bəxtiyar [bəxdiyar], böhtan [böhdan], dəftər [dəfdər], dəstə [dəsdə], kəşfiyyat [kəşviyat], məftil [məfdil], məxfi [məxvi], müştəri [müşdəri], püstə [püsdə], saxta [saxda], şaftalı [şafdalı], taxta [taxda], təşkil [təşgil] və s.
    Qeyd. Kar samitlə bitən sözlərə qoşulan fars mənşəli -kar, -keş,
    -paz şəkilçiləri fars dilindəki leksik mənasını saxladığı üçün (kar “iş”, keş “çəkən”, paz “bişirən”) yazıldığı kimi tələffüz olunur: sənətkar [sənətkar], zəhmətkeş [zəhmətkeş], aşpaz [aşpaz] və s.
    3.8. Söz ortasında b, m samitlərindən əvvəl gələn n hərfi [m] kimi tələffüz olunur: dinməz [dimməz], günbəz [gümbəz], sönməz [sömməz], sünbül [sümbül], şənbə [şəmbə], zanbaq [zambax] və s.
    3.9. Sonu müxtəlifcinsli ft, xt, st, şt samitləri ilə bitən sözlərin tələffüzündə aşağıdakı qaydalar gözlənilir:
    3.9.1. belə sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə, t hərfi tələffüz olunmur: behiştdən [behişdən], behişt müjdəsi [behiş müjdəsi], xoşbəxtsən [xoşbəxsən], xoşbəxt tale [xoşbəx tale], neftdən [nefdən], neft quyusu [nef quyusu], turist bazası [turis bazası], turistlər [turisdər] və s.;
    3.9.2. belə sözlərdən sonra saitlə başlayan şəkilçi və ya söz işləndikdə, t hərfi [d] kimi tələffüz olunur: behiştin [behişdin], behişt arzusu [behişd arzusu], xoşbəxtin [xoşbəxdin], xoşbəxt adam [xoşbəxd adam], neftin [nefdin], neft axını [nefd axını], turistin [turisdin], turist avtobusu [turisd aftobusu] və s.
    3.10. Çoxhecalı, habelə bəzi təkhecalı sözlərin sonunda işlənən cingiltili b, c, d, g samitləri aşağıdakı kimi tələffüz olunur:
    3.10.1. bu samitlərlə bitən sözlər ayrılıqda işləndikdə, sondakı samit karlaşır: ağac [ağaç], cəld cəlt, corab [corap], dinc dinç, fənd
    fənt, gənc gənç, ismarıc [ismarıç], kənd kənt, qanad [qanat], qəlb qəlp, rəng rənk, tüfəng [tüfənk] və s.;
    3.10.2. belə sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə də son samit kar tələffüz olunur: ağacdan [ağaçdan], ağac budağı [ağaç budağı], corablar [coraplar], corab toxuyur [corap toxuyur], qanadsız [qanatsız], qanad çalmaq [qanat çalmax], tüfəngli [tüfənkli], tüfəng qundağı [tüfənk qundağı] və s.;
    3.10.3. belə sözlərdən sonra saitlə başlayan şəkilçi və ya söz işləndikdə, son samit yazıldığı kimi cingiltili tələffüz olunur: ağacın [ağacın], ağac altı [ağac altı], corabın [corabın], corab ilməsi [corab ilməsi], qanadın [qanadın], qanad açmaq [qanad açmax], tüfəngin [tüfəngin], tüfəng almaq [tüfəng almax] və s.
    Qeyd. Sait+samit, samit+sait+samit modeli olan təkhecalı sözlərdə sondakı b, c, d, g samitləri cingiltili tələffüz olunur: ac ac, ad ad, dad dad, qab qab, od od, sac sac, ud ud, yad yad və s.
    3.11. Qapalı hecalardakı q samiti aşağıdakı qaydada tələffüz olunur:
    3.11.1. Azərbaycan mənşəli çoxhecalı sözlərin sonundakı q samiti
    [x] kimi tələffüz olunur: balıq [balıx], bucaq [bucax], buruq [burux], qonaq
    [qonax], otaq [otax], yanacaq [yanacax] və s.;
    3.11.2. belə sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə, q samiti [x] kimi tələffüz olunur: qonaqsan [qonaxsan], qonaq sözü [qonax sözü], qonaqsevən [qonaxsevən], qonaq-qara
    [qonax-qara] və s.;
    3.11.3. belə sözlərdən sonra saitlə başlayan şəkilçi işləndikdə, q samiti yazıda olduğu kimi, tələffüzdə də ğ səsinə keçir: otağa [otağa], balığın [balığın], yanacağa yanacağa, yarpağı [yarpağı] və s.;
    3.11.4. belə sözlərdən sonra saitlə başlayan söz işləndikdə (həm mürəkkəb sözlərdə, həm də söz birləşmələrində), q samiti [ğ] kimi tələffüz olunur: bulaqotu [bulağotu], dodaqaltı [dodağaltı], uşaq oyuncağı [uşağ oyuncağı], qonaq evi [qonağ evi] və s.;
    3.11.5. ərəb mənşəli alınma sözlərdə söz ortasında kar samitdən əvvəl işlənən q samiti [k′] kimi tələffüz olunur: iqtisad ik′tisat, nöqsan [nök′san], nöqtə [nök′tə], məqsəd [mək′sət], rəqs [rək′s], təqsir [tək′sir] və s.;
    3.11.6. alınma sözlərin sonundakı q samiti [k′] kimi tələffüz olunur:
    filoloq [filolok'], haqq [hak'], müttəfiq [mütdəfik'], nifaq [nifak'], şəfəq [şəfək'], şərq [şərk'] və s.;
    3.11.7. q hərfi ilə bitən alınma sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə, q samiti [k'] kimi tələffüz olunur: üfüqdən [üfük'dən], üfüq xətti [üfük' xətdi], şərqşünas [şərk'şünas], şərq qütbü [şərk' qütbü], haqdan [hak'dan], haqq söz [hak' söz], nahaqdan [nahak'dan], nahaq danışıq [nahak' danışıx] və s.;
    3.11.8. q hərfi ilə bitən alınma sözlərdən sonra saitlə başlayan şəkilçi və ya söz işləndikdə, q samiti yazıldığı kimi tələffüz olunur: təzyiqi [təzyiqi], təzyiq artdıqca [təzyiq artdıxca], üfüqə [üfüqə], üfüq arxasında [üfüq arxasında] və s.
    3.12. K hərfi ilə bitən sözlər aşağıdakı qaydada tələffüz olunur:
    3.12.1. Azərbaycan mənşəli çoxhecalı sözlərin sonundakı k hərfi cingiltili y samitinin kar qarşılığı olan [x'] kimi tələffüz olunur: bələk
    [bələx'], çiçək [çiçəx'], çiyələk [çiyələx'], dilək [diləx'], dirrik [dirrix'], ərik
    [ərix'], körük [körüx'] və s.;

    Qeyd. Azərbaycan əlifbasında [x'] səsini ifadə edən ayrıca hərf olmadığı üçün həmin səs şərti olaraq y samitinin kar qarşılığı kimi qəbul edilmişdir.
    3.12.2. bu qəbildən olan sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə də k samiti [x'] kimi tələffüz olunur: çiçəklər [çiçəx'lər], çiçək dərdim [çiçəx' dərdim], diləksiz [diləx'siz], dilək tutmaq [diləx' tutmax], ərikdən [ərix'dən], ərik mürəbbəsi [ərix' mürəbbəsi], körükdə [körüx'də], körük basmaq [körüx' basmax] və s.;
    3.12.3. belə sözlərdən sonra saitlə başlayan şəkilçi işləndikdə, k samiti yazıda olduğu kimi tələffüzdə də [y] səsinə keçir: çiçəyin
    [çiçəyin], diləyimiz [diləyimiz], əriyə [əriyə], körüyü [körüyü] və s.;
    3.12.4. belə sözlərdən sonra saitlə başlayan söz işləndikdə, k samiti [y] kimi tələffüz olunur: çiçək ətri [çiçəy ətri], döşəküzü [döşəyüzü], ərik ağacı [əriy ağacı], kəklikotu [kəkliyotu] və s.;
    3.12.5. Azərbaycan mənşəli təkhecalı sözlərin sonundakı k samiti
    [k] kimi tələffüz olunur: bərk [bərk], börk [börk], görk [görk], tək tək, tük tük, türk [türk] və s. Belə sözlərdən sonra saitlə və ya samitlə başlayan şəkilçi və ya söz işləndikdə də k samiti k kimi tələffüz olunur: bərk odun [bərk odun], börkdə [börkdə], görk üçün [görk üçün], türkün
    [türkün], türklər [türklər], türk dövlətləri [türk dövlətləri], türk ordusu
    [türk ordusu] və s.;
    3.12.6. ərəb və fars mənşəli təkhecalı və çoxhecalı sözlərin sonundakı k samiti [k] kimi tələffüz olunur: çirk çirk, əmlak [əmlak], idrak [idrak], mübarək müba:rək, şərik şərik, tədarük tədarük, tərk tərk və s. Belə sözlərdən sonra saitlə və ya samitlə başlayan şəkilçi və ya söz işləndikdə də k samiti [k] kimi tələffüz olunur: çirkli çirkli, şərikli çörək şərikli çörəx, tərk etmək tərk etməx, əmlakdan [əmlakdan], əmlakımız [əmlakımız], əmlak ortağı [əmlak ortağı], əmlak toxunulmazlığı [əmlak toxunulmazlığı] və s.
    3.13. Rus və Avropa mənşəli iki və daha çox hecalı sözlərdə k hərfi özündən sonra incə sait gəldikdə [k] kimi (anket, buket, okean və s.), qalın sait və samit gəldikdə isə [k] kimi tələffüz olunur: ekran [ek'ran], koronavirus [karonavirus], aktual [ak’tual] və s.

    Qeyd. Rus və Avropa mənşəli təkhecalı sözlərin sonundakı k samiti k kimi tələffüz olunur: bank [bank'], fakt [fak't], feyk feyk, tank tank və s.
    4. Şəkilçilərin tələffüzü
    4.1. Üçüncü şəxsin təkini bildirən -dır4 xəbərlik şəkilçisi [-dı4] kimi tələffüz olunur: ağıllıdır [ağıllıdı], doludur [doludu], gözəldir [gözəldi], gözləməlidir [gözdəməlidi], istəyəsidir [isdiyəsidi], səfərdədir [səfərdədi], üstünlükdür [üsdünnüx'dü], yaxınlıqdadır [yaxınnıxdadı], yaxşıdır [yaxşıdı] və s.
    4.2. İkinci şəxsin cəmini bildirən -sınız4 xəbərlik şəkilçisi [-sız4] kimi tələffüz olunur: bacısınız [bacısız], böyüksünüz [böyüx'süz], gəlirsiniz [gəlirsiz], gözəlsiniz [gözəlsiz], qohumsunuz [qohumsuz], qorxursunuz [qorxursuz], ölçürsünüz [ölçürsüz] və s.
    4.3. Zərf düzəldən -la2 şəkilçisi, həmçinin ilə bağlayıcısı və qoşmasının şəkilçiləşmiş -la2 forması [-nan2] şəklində vurğusuz tələffüz olunur: atamla anam [atamnan anam], bacımla [bacımnan], cəsarətlə [cəsa:rətnən], qələmlə [qələmnən], namusla [namusnan], sürətlə
    [sürətnən], telefonla [telefonnan] və s.
    Qeyd. İlə bağlayıcısı və qoşması saitlə bitən sözlərə qoşulduqda, [-ynan], [-ynən] kimi tələffüz olunur: atası ilə [atasıynan], dostu ilə [dostuynan], gözü ilə [gözüynən], nənəsi ilə babası [nənəsiynən babası] və s.
    4.4. -dan2 çıxışlıq hal şəkilçisi m, n hərfləri ilə bitən sözlərə qoşulduqda, [-nan2] kimi tələffüz olunur: adamdan [adamnan], bədəndən [bədənnən], gözümdən [gözümnən], meydandan [meydannan] və s.
    4.5. A, ə saitləri ilə bitən çoxhecalı sözlərə y bitişdirici samiti ilə başlayan qrammatik şəkilçilər (-ya2, -yır4, -yar2, -yan2, -yacaq2, -yası2, -yaraq2, -yarkən2, -yıb4, -yınca4 və s.) qoşulduqda, bu saitlər özündən əvvəlki hecaya uyğun qapalı saitlə ([ı], [i], [u], [ü]) tələffüz olunur: almayacaq [almıyacax], anaya [anıya], bağlayır [bağlıyır], başlayar [başdıyar], dəvəyə [dəviyə], gözləyəsidir [gözdüyəsidi], kölgəyə [kölgüyə], oxşayan [oxşuyan], oynayınca [oynuyunca], söyləyən [söylüyən] və s.
    4.6. L samiti ilə başlayan bəzi şəkilçilər d, n, r, s, ş, t, z samitləri ilə bitən sözlərə qoşulduqda, şəkilçinin ilk samiti assimilyasiyaya uğrayaraq fərqli tələffüz olunur:
    4.6.1. -lı4 şəkilçisi [-dı4], [-rı4], [-nı4] kimi tələffüz olunur: atlı [atdı], canlı [cannı], dəyərli [dəyərri], duzlu [duzdu], qanadlı [qanatdı], qanlı [qannı, qarlı [qarrı], səsli [səsdi], söyüdlü [söyütdü], sözlü [sözdü] və s.;
    4.6.2. -lıq4 şəkilçisi [-dıx4], [-rıx4], [-nıx4] kimi tələffüz olunur: birlik [birrix'], daşlıq [daşdıx], qaranlıq [qarannıx], memarlıq [me:marrıx], pərtlik [pərtdix'], sərtlik [sərtdix'], uzunluq [uzunnux], yazlıq [yazdıx] və s.;
    4.6.3. -la2 şəkilçisi [-da2], [-ra2], [-na2] kimi tələffüz olunur: banlamaq [bannamax], dərmanlamaq [dərmannamax], düyünləmək
    [düyünnəməx'], hazırlamaq [hazırramax], təmizləmək [təmizdəməx'] və s.;
    4.6.4. -lan2 şəkilçisi [-dan2], [-nan2], [-ran2] kimi tələffüz olunur: alqışlanmaq [alqışdammax], canlanmaq [cannammax], cəsarətlənmək [cəsa:rətdəmməx'], tumarlanmaq [tumarrammax], zəhərlənmək
    [zəhərrəmməx'] və s.;
    4.6.5. -laş2 şəkilçisi [-daş2], [-raş2], [-naş2] kimi tələffüz olunur:
    cavanlaşmaq [cavannaşmax], dərdləşmək [dərtdəşməx'], fikirləşmək
    [fikirrəşməx'], qatarlaşmaq [qatarraşmax] və s.;
    4.6.6. -lar2 şəkilçisi [-dar2], [-rar2], [-nar2] kimi tələffüz olunur:
    alətlər [a:lətdər], atlar [atdar], buludlar [bulutdar], dənizlər [dənizdər], əsgərlər [əsgərrər], qızlar [qızdar], mislər [misdər], narlar [narrar], oğlanlar [oğlannar], sərhədlər [sərhətdər], səslər [səsdər] və s.;
    4.6.7. -laq şəkilçisi [dax] kimi tələffüz olunur: duzlaq [duzdax], qışlaq [qışdax], otlaq [otdax] və s.
    4.7. Feildən isim və ya sifət düzəldən -ki, -kü; -kin, -kün; -kən şəkilçiləri kar samitlə bitən sözlərə qoşulduqda, şəkilçidəki k samiti [g] kimi tələffüz olunur: döyüşkən [döyüşgən], itkin [itgin], kəskin [kəsgin], küskün [küsgün], səpki [səpgi], sürüşkən [sürüşgən], sürtkü [sürtgü] və s.
    4.8. Q samiti ilə bitən şəkilçilər (-ıq, -uq; -aq, -q; -lıq, -luq; -laq; -caq; -cıq; -araq; -acaq; -anaq və s.) söz sonunda və ya samitlə başlayan digər şəkilçidən əvvəl işləndikdə, [x] kimi tələffüz olunur: bolluq [bollux], bozaraq [bozarax], daraq [darax], dayanacaq [dayanacax], oyuncaq [oyuncax], saçaq [saçax], tozanaq [tozanax], yaylaq [yaylax] və s.
    4.9. K samiti ilə bitən şəkilçilər (-ik, -ük; -ək, -k; -lik, -lük; -lək; -cək; -cik, -cük; -ərək; -əcək; -ənək və s.) söz sonunda və samitlə başlayan digər şəkilçidən əvvəl işləndikdə, [x'] kimi tələffüz olunur: bəzək [bəzəx'], biçənək [biçənəx'], döşək [döşəx'], evcik [evcix'], əlcək [əlcəx'], əzik [əzix'], gələcək [gələcəx'], gəlincik [gəlincix'], işlək [işdəx'], sönərək [sönərəx'], sönük [sönüx'], şənlik [şənnix'], üzlük [üzdüx'], yelləncək [yelləncəx'] və s.
    4.10. M və n samitləri ilə bitən sözlərdən sonra işlənən -dan2 çıxışlıq hal şəkilçisi [-nan2] şəklində tələffüz olunur: qardaşımdan [qardaşımnan], məndən [mənnən], oğlandan [oğlannan], ondan [onnan], sözümdən [sözümnən], üzümdən [üzümnən], vətəndən [vətənnən] və s.
    4.11. C samiti ilə bitən -ınc4; -qac2, -ğac2; -c və s. şəkilçilər söz sonunda və samitlə başlayan digər şəkilçidən əvvəl işləndikdə, [ç] kimi tələffüz olunur: gülünc [gülünç], inanc [inanç], qazanc [qazanç], sayğac [sayğaç], sevinc [sevinç], süzgəc [süzgəç], tıxac [tıxaç], tutqac [tutqaç] və s.
    4.12. Qoşa kar samitlə bitən təkhecalı sözlərdən (həkk, şəkk, xətt və s.) sonra saitlə başlayan şəkilçi və ya söz işləndikdə, qoşa kar samitin ikincisi cingiltili tələffüz olunur: şəkkin şəkgin, şəkk etmək şəkg etməx, həkk olunmaq həkg olummax, xəttin xətdin, xəttat
    xətdat, xətt üstündə xətd üsdündə və s.
    4.13. Müxtəlifcinsli samitlərlə bitən elm, fəhm, həcm, hökm, rəhm, rəsm, sehr, səhm, sədr, üzr, üzv, zəhm, zülm kimi ərəb mənşəli təkhecalı sözlərə samitlə başlayan şəkilçi qoşulduqda, tələffüz zamanı söz kökündəki samitlər arasına qapalı sait əlavə edilir: elmli
    [elimli], hökmdar [hökümdar], hökmsüz [hökümsüz], rəhmli [rəhimli], sehrli [sehirri], sədrlik [sədirrix′], səhmdar [səhimdar], üzrsüz [üzürsüz], üzvlük [üzüvlüx'], zəhmli [zəhimli] və s.
    4.14. İdi, imiş hissəcikləri saitlə bitən sözlərə qoşulduqda, [-ydı], [-ydi], [-ymış], [-ymiş] şəklində tələffüz olunur: dərməli idi [dərməliydi], dərməli imiş [dərməliymiş], qazası idi [qazasıydı], qazası imiş [qazasıymış] və s.
    4.15. -stan (-ıstan, -istan, -ustan, -üstan) şəkilçilərindəki t kar samiti [d] kimi tələffüz olunur: Ərəbistan [Ərəbisdan], gülüstan gülüsdan, Qazaxıstan [Qazaxısdan], Monqolustan [Monqolusdan], Türküstan [Türküsdan] və s.
    4.16. -dıqda,-dikdə, -duqda, -dükdə; -dıqca,-dikcə, -duqca, dükcə; -araq, -ərəkşəkilçilərindəki q hərfi [x] kimi, k hərfi isə [x'] kimi tələffüz olunur: dincəldikcə [dincəldix'cə], gəldikdə [gəldix'də], qalaraq
    [qalarax], gördükcə [gördüx'cə], oxuduqca [oxuduxca], öyrənərək [öyrənərəx'] və s.
    1. İxtisarların və qısaltmaların tələffüz
      1. İxtisarlar onları təşkil edən hərflərin sayından, sait və samit hərflərin yerləşməsindən, yalnız samit və ya sait hərflər əsasında formalaşmasından asılı olaraq aşağıdakı kimi tələffüz olunur:
        1. ixtisarlar yalnız sait və ya samit hərflərdən ibarət olduqda, onlar hərflərin əlifbadakı adlarına uyğun tələffüz olunur: Elmlər Akademiyası – EA [E-A], Dövlət Təhlükəsizliyi Xidməti – DTX
    [De-Te-Xe], Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası – BŞTTTYS [Be-Şe-Te-Te-Te-Ye-Se] və s.;

    1. sait və samit hərflərdən ibarət olan ixtisarlar sait hərflərin yerləşməsindən asılı olaraq aşağıdakı kimi tələffüz olunur:
    2. ixtisardakı birinci hərf sait, ondan sonra gələn bütün hərflər samit olduqda, hərflər əlifbadakı adlarına uyğun tələffüz olunur: Avropa Şurası – AŞ [A-Şe], Amerika Birləşmiş Ştatları – ABŞ [A-Be-Şe], Ümumdünya Demokratik Gənclər Federasiyası – ÜDDGF
    [Ü-De-De-Ge-Fe] və s.;
    1. sait hərf ixtisarın ortasında və ya sonunda olduqda, ondan əvvəl və ya sonra gələn samit hərflər yazı qaydasına uyğun tələffüz olunur: Yeni Azərbaycan Partiyası – YAP, Bütöv Azərbaycan Birliyi – BAB, Dünya Azərbaycanlıları Konqresi – DAK, Xəzər Dəniz Gəmiçiliyi
    Texniki İstehsalat Birliyi – XDGTİB [Xe-De-Ge-TİB], Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti – KHVTİC [Ke-He-Ve-TİC] və s.;
    1. tərkibində iki və daha artıq sait hərf olan ixtisarlar əsasən, heca tələffüzü ilə deyilir: NATO [NA-TO], ATƏT [A-TƏT], AMEA [A-ME-A], Kama avtomobil zavodu – KAMAZ [KA-MAZ] və s.;
    5.1.3. tərkibində L, M, N, R hərfləri olan ixtisarlarda, həmin hərflərdən əvvəl gələn digər samit hərfin adındakı sait səs nisbətən uzun tələffüz olunur: Birləşmiş Millətlər Təşkilatı – BMT [Be:M-Te], AFR [A-Fe:R], Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – ƏƏSMN [Ə-Ə-Se:M-eN], Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi – BŞMŞBİ [Be-Şe:M-Şe-Bİ] və s.
    5.2. Bəzi qısaltmalar yazıldığı kimi tələffüz olunur: Azərnəşr
    [Azərnəşr], Azneft [Azneft] və s.
    6. Vurğunun tələffüzü
    6.1. Azərbaycan dilində vurğu əsasən, sözün son hecasına düşür. Bu, keçici sabit vurğudur: kitáb – kitablar – kitablarím – kitablarımdán, gözə´l – gözəllə´ş – gözəlləşdi´r – gözəlləşdiri´l ‒ gözəlləşdiriləcə´k və s.
    6.2. Rus və Avropa mənşəli sözlərdə vurğu əsasən, mənbə dilə uyğun olaraq işlədilir: angi´na, apelyásiya, arxitéktor, fáktor, fantáziya, kuri´kulum, qaleréya, qálstuk, li´der, lóbbi, lokál və s.

    Qeyd. Azərbaycan dilində dəyişikliyə məruz qalan rus və Avropa mənşəli sözlərdə vurğu sonda işlənir: aptéka – apték, qazéta – qəzét, proqrámma ‒ proqrám və s.
    6.3. Tələffüz zamanı vurğusu dəyişməklə mənası dəyişən sözlər nəzərə alınır: akadémik (isim) – akademi´k (sifət), antibiótik (isim) – antibioti´k (sifət), eléktrik (isim, kim?) – elektri´k (isim, nə?), klássik (isim) – klassi´k (sifət), xü´lasə (modal söz) – xülasə´ (isim), mü´tləq
    (zərf) – mütlə´q (sifət), nə´hayət (modal söz) – nəhayə´t (isim), ritórik (isim) – ritori´k (sifət), qaça´raq (feili bağlama) – qaçaráq (zərf), çapáraq (feili bağlama) – çaparáq (zərf) və s. 6.4. Bəzi son şəkilçilər vurğusuz tələffüz olunur:
    6.4.1. isim düzəldən -gil, -ov (-ova), -yev (-yeva) şəkilçiləri vurğusuz tələffüz olunur: qardaşímgil, əmi´mgil; Ağáyev, Sultánov və s.;
    6.4.2. zərf düzəldən -la2 [-nan2], -ca2, -casına2, -ən şəkilçiləri vurğusuz tələffüz olunur: inádla, qəhrəmanlíqla, cəsarə´tlə, ingili´scə, tü´rkcə, yáşca, xai´ncəsinə, namə´rdcəsinə, qəhrəmáncasına, insáfən, qə´flətən, dáxilən və s.;
    6.4.3. xəbərlik (şəxs) şəkilçiləri vurğusuz tələffüz olunur:
    1. 1-ci şəxs -am2 (-yam2), -ıq4 (-yıq4): azádam, azádıq, oxumalíyam, oxumalíyıq və s.;
    2. 2-ci şəxs -san2, -sınız4, -ın4: azádsan, azádsınız, oxumalísınız, oxúyun və s.;
    3. 3-cü şəxs -dır4, -dırlar4, -lar2: azáddır, azáddırlar, oxumalídır, oxumalídırlar, oxuyúrlar və s.;
    Qeyd. Feilin şərt şəkli, xəbər şəklinin şühudi keçmiş zamanı şəxsə görə təsriflənərkən şəxs sonluqları vurğulu tələffüz olunur (oxusaníz, oxusalár, oxudunúz, oxudulár və s.), əmr şəkli şəxsə görə dəyişərkən 1-ci və 3-cü şəxslərdə şəxs sonluğu vurğulu tələffüz olunur (oxuyúm, oxusún, oxuyáq, oxusunlár və s.).
    6.4.4. feil şəkillərinin hekayəti idi (-dı4), rəvayəti imiş (-mış4), şərti isə (-sa2) şəkilçi kimi sözə bitişik yazıldıqda vurğu qəbul etmir: oxuyacáqdı, oxuyacáqmış, oxuyacaqsa və s.;

    Qeyd. Müasir Azərbaycan dilində -arkən2, -mışkən4 feili bağlama şəkilçisinin formalaşmasında iştirak edən -kən (-ikən) hissəciyi vurğusuz tələffüz olunur: oxuyárkən, oxumúşkən, deyə´rkən, demi´şkən və s.
    6.4.5. -ma2, -mə2, -m inkar şəkilçisi vurğusuz tələffüz olunur:
    oxúmadı, bi´lmədi; oxúmayacaq, bi´lməyəcək, oxúmur, bi´lmir və s.;

    Qeyd. Xəbər şəklinin indiki zamanından fərqli olaraq, qeyri-qəti gələcək zamanda inkar şəkilçisi (-m) işlənmiş heca vurğulu tələffüz olunur: oxumáram, bilmə´rəm; oxumázsan, bilmə´zsən və s.
    6.4.6. ilə bağlayıcısının və qoşmasının şəkilçiləşmiş -la2 [-nan2] forması, -mı4 sual ədatı vurğusuz tələffüz olunur: torpağímla, ölkə´mlə, atámla anám; oxudúnmu, bildi´nmi; oxuyúrmu, bili´rmi və s.
    6.5. Sözdən xitab kimi istifadə olunduqda vurğu əvvəlki hecalara keçə bilər: Azərbaycán – Azə´rbaycan, Vətə´n – Və´tən və s.

    Oxunub: 221
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.