Kremldən Ermənistana ilk təbrik gəldi -
Putinin köməkçisindən açıqlama
“Kreml Ermənistandan gələn seçkilərlə bağlı xəbərləri diqqətlə izləyir, seçkidə Nikol Paşinyanın partiyası əsaslı qələbə qazandığını bildirir”.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Yerevandan gələn xəbərləri çox diqqətlə izləyirik, seçkinin baş tutması haqda Ermənistanın mərkəzi seçki komissiyasının məlumatını alqışlayırıq.
Əlbəttə, Paşinyanın partiyasının əsaslı qələbə çaldığını görürük”, – o jurnalistlərə söhbətində vurğulayıb.
Mətbuat katibi Ermənistan xalqını seçki münasibətilə təbrik edib, Ermənistanı yaxın müttəfiq və tərəfdaş adlandırıb.
Oxunub: 292
Xəbəri paylaş
Paylaş: