"Rusiya İrana silah satmağa hazırdır"-
Səfir Çaqaryan
“İlin sonunadək Rusiya ilə İran arasında ikitərəfli ticarət dövriyyəsinin həcmi 2 milyard dollara çata bilər”.
Bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan “İran daily” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, pandemiyaya baxmayaraq son aylar iki ölkə arasında ixrac və idxalın həcmi artıb: “Bu tendensiya davam edərsə, ilin sonunadək ölkələr arasında ticarət dövriyyəsinin həcmi 2 milyard dollara çatacaq”.
Caqaryan bildirib ki, Rusiya İrana beynəlxalq hüquqa uyğun olaraq silah satmağa hazırdır.
Qeyd edək ki, BMT-nin silah satışı ilə bağlı İrana tətbiq etdiyi sanksiyanın müddəti 2020-ci ilin oktyabrında bitib. Ancaq ABŞ-ın İran İslam Respublikasına tətbiq etdiyi sankasiyalar davam edir.
Oxunub: 328
Xəbəri paylaş
Paylaş: