Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi azalıb
Bu ilin yanvar-may aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 409,12 mln. ABŞ dollarına bərabər olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 9,7% təşkil edib.
Hesabat dövründə Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın əsas ticarət tərəfdaşları arasında dördüncü olub.
İllik müqayisədə Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 6% azalıb.
Oxunub: 412
Xəbəri paylaş
Paylaş: