“Anadolu Qartalı-2021” taktiki-uçuş təlimi:
şərti düşmənin hava hədəfi məhv edildi - FOTO
Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava hədəfinin aşkarlanması, taktiki qaydalarla önlənməsi, nəzarətə götürülməsi və məhv edilməsi məqsədilə hava döyüşünün yerinə yetirilməsi əməliyyatını icra edib.
Hərbi pilotlarımız qarşıya qoyulan tapşırığı uğurla icra edib və şərti düşmənin hava hədəfi məhv edilib.
Təlim iyulun 3-dək davam edəcək.
Oxunub: 301
Xəbəri paylaş
Paylaş: