Azərbaycan Ordusu Ermənistanın daha bir PUA-sını məhv etdi
Avqustun 27-si saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə cəbhənin Füzuli rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.
Oxunub: 499
Xəbəri paylaş
Paylaş: