Paşinyanın partiyası 71 deputat mandatı alacaq
Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası ölkənin yeni parlamentində 71 deputat mandatı alacaq.
TASS xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan açıqlama verib.
O bildirib ki, keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 29, daha bir sabiq prezidenti Serj Sarkisyanın və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyanın “Mənim şərəfim var” bloku isə 7 mandat alacaq.
Oxunub: 269
Xəbəri paylaş
Paylaş: