Koçaryan təhdid etdi: “Paşinyanı rahat oturmağa qoymayacam”

“Ermənistanda 1 il yarımdan sonra yeni növbədənkənar seçkilər keçiriləcək”.
Yerli KİV bildirir ki, bu sözləri sabiq prezident Koçaryan “Hayastan” blokunun ümumi yığıncağında deyib. On bildirib ki, buna olan tələbət artmaqdadır: “Biz bu hakimiyyəti rahat oturmağa qoymayacağıq. Ona görə ki, onlar öz günahlarını anlamır və qəbul etmirlər. Biz onlara göstəririk günahkar kimdir”.
Koçaryan deyib ki, qanunun imkan verdiyi bütün yollardan istifadə edəcəklər: “Biz parlament müxalifətçiliyinə olan inamı bərpa edəcəyik”.
“Hakimiyyət özünü belə aparsa yeni növbədənkənar seçkilərə gətirib çıxaracaq”-deyə Koçaryan vurğulayıb.
Oxunub: 392
Xəbəri paylaş
Paylaş: