Zaxarova: “Antalyada Rusiya və Türkiyə danışıqları uğurlu keçib”

Rusiya və Türkiyə danışıqları uğurlu keçib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında bildirib.
Rusiya XİN sözçüsü Sergey Lavrov və Mövlud Çavuşoğlunun vidalaşarkən görüntülərini paylaşıb və paylaşıma “danışıqlar uğurlu keçib” şərhini yazıb.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti əsasında Rusiya XİN rəhbəri Sergey Lavrovun Antalyaya səfəri baş tutub. Lavrov-Çavuşoğlu görüşündə ikitərəfli münasibətlər, Qarabağ, Suriya, Liviya və digər beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub. Nazirlər danışıqların yekunları ilə bağlı birgə mətbuat konfransı keçiriblər.
Oxunub: 587
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
 
	 
	 
	





















 
							 
							 
							 
							