Prokuror 14 nəfərlik erməni silahlı dəstənin üzvlərinə cəza istədi
Prokuror təqsirləndirilən şəxslərə verilən ittihamlardan yalnız Cinayət Məcəlləsinim 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviçin təqsirli bilinib və hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror çıxışında təqsirləndirilən şəxslərə verilən digər maddələrinin ittihamdan xaric edilməsini istəyib.
Hazırda proses davam edir.
Belə ki, ittiham olunan şəxslər habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.