“Copa America”nın ilk 1/4 final oyunları keçirildi
Sports.ru xəbər verir ki, Cənubi Amerika kuboku uğrunda mübarizənin ilk 1/4 final qarşılaşmaları keçirilib.
Ev sahibləri Braziliya millisi gərgin mübarizədə Çili yığmasını minimal hesabla məğlub edib – 1:0. Yeganə qola “Olimpik” (Lion) klubunun yarımmüdafiəçisi Lukas Paketa imza atıb.
Qeyd edək ki, oyunun 48-ci dəqiqəsində braziliyalı Qabriel Jesus təhlükəli oyuna görə birbaşa qırmızı vərəqə alıb.
Digər qarşılaşmada Peru və Paraqvay milliləri oyunun əsas və əlavə vaxtında qalibi müəyyən edə bilməyiblər – 3:3. Penalti seriyasında isə “futbol tanrısı” Peru yığmasının tərəfində olub. İyulun 7-də perulular yarımfinalda braziliyalılarla görüşəcəklər.
Bu gün isə 1/4 mərhələsinin daha iki matçı keçiriləcək: Uruqvay-Kolumbiya, Argentina-Ekvador.