NATO-dan Türkiyəyə DƏSTƏK
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Globall.az azvision.az-a istinadən xəbər verir ki, tərəflər telefon danışığında Suriyanın İdlib bölgəsindəki vəziyyəti, suriyalı miqrantlarla bağlı məsələni müzakirə ediblər.
Çavuşoğlu rəsmi Ankaranın mövqeyini NATO rəhbərinin diqqətinə çatdırıb. Stoltenberq isə öz növbəsində Türkiyəyə dəstəyini ifadə edib.
Oxunub: 427
Xəbəri paylaş
Paylaş: