Azərbaycan nefti sürətlə bahalanır -
SON QİYMƏTLƏR
Dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün – 6 iyun tarixində 0,58 dollar artaraq 78,90 dollar olub.
"Azeri Light" markalı neftinin qiyməti may ayınının əvvəlindən ötən bir ay ərzində 4% və ya 3 dollar bahalanıb. Bu ilin əvvəlində isə Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti 54 dollar olub.
Məlumat üçün bildirək ki, "Azeri Light" markalı neftinin qiyməti ötən ilin aprel ayının 22-də ən aşağı səviyyəyə - 1 barelinin qiyməti 15,8 dollara düşüb. "Azeri Light" markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.
Bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin dəyəri 1 barelə görə 77,76 dollar təşkil edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin dəyəri isə bu gün 1 barelə görə 76,74 dollar olub.