ABŞ-da Müstəqillik Günündə 150 nəfər öldürülüb
ABŞ-da 4 iyul - Müstəqillik Günündə 400-dən çox silahlı insident baş verib, nəticədə azı 150 nəfər ölüb.
TASS xəbər verir ki, bu barədə ABŞ-da zorakılığın müşahidəsini aparan “Gun Violence Archive” qrupu hesabatında bildirib.Araşdırma qrupu vurğulayıb ki, iyulun 2-4-də Nyu-Yorkda 21 atışma faktı qeydə alınıb. Bu hadisələr zamanı 26 nəfər ölüb.
Məlumata görə, bu il Nyu-Yorkda silahlı insidentlərin sayı ötən ilki ilə müqayisədə 40 faiz artıb. 2020-ci ildə 767 nəfər öldürülüb.İllinoys ştatının Çikaqo şəhəri Polis İdarəsinin baş komissarı Devid Braun bildirib ki, iyulun 4-ü ilin ən çətin günü yaşanıb: “Silahlı insidentlər nəticəsində 83 nəfər yaralanıb, 14 nəfər ölüb. Ölənlərdən ikisi 5 və 6 yaşlarında qızlardır”.
Oxunub: 283
Xəbəri paylaş
Paylaş: