Rusiyada COVID-19-dan ən yüksək gündəlik ölüm faktı qeydə alınıb
Rusiyada koronavirusdan 737 gündəlik ölüm faktı qeydə alınıb. Bu isə pandemiya başlayandan indiyədək ən yüksək göstərici hesab olunur.
TASS xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat verib.
Dünən bu göstərici 654 nəfər təşkil edib.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxmuş şəxslərin sayı 23 378 nəfər artaraq 5 658 672 nəfərə çatıb.
Oxunub: 255
Xəbəri paylaş
Paylaş: