"Tacikistana hücum olarsa, KTMT öhdəliklərini yerinə yetirəcək"-
Lavrov
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Əfqanıstan sərhədindən Tacikistana hücum ediləcəyi təqdirdə bu hadisəni təcili olaraq müzakirə edəcək.
Report xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Tacikistana hücum olarsa, əlbəttə ki, bu dərhal KTMT-də nəzərdən keçiriləcək. Moskva və Düşənbə Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə müttəfiqdir və Rusiya Federasiyasının Tacikistanda hərbi bazası var. Beləliklə, təbii ki, öhdəliklərimizi yerinə yetirəcəyik”, – deyə o, bildirib.
Qeyd edək ki, Tacikistan KTMT-dəki müttəfiqlərindən Əfqanıstanla sərhəddə yaranan problemlə bağlı kömək istəyib. Rəsmi Düşənbə hesab edir ki, şərtlər cənub sərhədlərini qoruma potensialının gücləndirilməsi üçün tədbirlərin görülməsi ilə yanaşı KTMT daxilində adekvat reaksiya tələb edir.