Əfqanıstan ordusu əməliyyat keçirib -
69 silahlı öldürülüb, 23-ü yaralanıb
Əfqanıstan ordusunun ölkənin Qalayi-nau şəhərini “Taliban” qruplaşmasından azad etmək üçün keçirdiyi əməliyyat nəticəsində 69 silahlı öldürülüb, 23-ü yaralanıb.
“RİA Novosti” xəbər verir ki, məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi yayıb.
Hazırda hökumət qüvvələri şəhərin mərkəzinə nəzarət edir.
Qeyd edək ki, bir müddət əvvəl “Taliban” silahlıları şəhərə soxularaq həbsxanadakı bütün məhbusları azad edib. “Taliban”ın məlumatına əsasən, son günlər Əfqanıstan ordusunun komandirlər də daxil olmaqla 200-ə yaxın hərbçisi qruplaşmanın tərəfinə keçib.
Oxunub: 406
Xəbəri paylaş
Paylaş: