Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Sosial şəbəkələrdə “patı” satan 9 nəfər saxlanılıb - VİDEO / FOTO
  • BAKIDA AÇIQ SATIŞDA NARKOTİK VƏ ONUN QİYMƏTLƏRİ: ALVER BELƏ HƏYATA KEÇİRİLİR
  • Sosial şəbəkələrdə narkotik vasitələr satan şəxslər saxlanılıb – DİN məlumat yaydı
  • Sosial şəbəkələrdə narkotik satan “Zakladka Bakı” ələ keçdi
  • Bakı polisindən gecə klubunda əməliyyat
  • "Şüşə" və ya “Patı” dəhşəti: Qadınlar “ağ ölüm”ü arıqlamaq üçün seçir və sonra...

    • Tarix: 9-07-2021, 09:10

    “Patı” dəhşəti: Qadınlar arıqlamaq üçün “ağ ölüm”ü seçir

    Bir neçə gündür ki, ölkəmizdə metamfetamin, narkomanlar arasında “patı” adlandırılan narkotik vasitə satan dəstələr ifşa olunur. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində onlarla “patı” və digər narkotik vasitə satan narkotacirlər iş başında yaxalanıb. 

    Əməliyyat tədbirləri göstərir ki, “patı”nın ölkəmizdə satışı geniş miqyas alıb və bu hüquq-mühafizə orqanlarını ciddi narahat edir. Bu məsələ sosial platformada da geniş müzakirə mövzusuna çevrilib. Hər kəs övladının bu narkotik vasitənin qurbanına çevriləcəyindən narahat olur. Hətta “patı”nın ölkəmizdə istehsal edildiyini söyləyənlər də var.
    Globall.az xəbər verir ki, Sputnik Azərbaycan “patı” adlandırılan narkotik vasitənin ölkəmizə necə gətirildiyi, digər narkotik vasitələrdən fərqi, fəsadları və sair məqamları araşdırıb.

    Ölkədə “patı” xofu və ya metamfetamin çevrilib necə “şüşə” və “patı”oldu?

    Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov bildirib ki, “patı” adlandırılan narkotik vasitə əslində əvvəllər “şüşə” adı ilə istifadə edilən maddədir. Onun sözlərinə görə, narkotacirlər ələ keçməkdən yayınmaq üçün onun adını dəyişiblər: ” “Patı” metamfetamindir.
    Lap əvvəllər onun satışını “patpres” yəni “şüşə”, indi isə “patı” adı ilə təşkil edirlər. Metamfetamin şüşə qırıntılarına bənzədiyi üçün ona bu adı veriblər. Metamfetamin narkotik vasitədən çox psixostimuliyatordur. Sintetik psixostimuliyator olan metamfetamin lap əvvəllər tibdə istifadə üçün istehsal olunub. Sonradan isə geniş yayılaraq kustar üsulla hazırlanmasına başlanılıb”.

    “Patı” istifadə edənlərdə hallüsinasiya meydana çıxır…

    P. Məmmədov deyir ki, son iki ildir ki, metamfetamin (patı) Azərbaycanda geniş yayılıb. Narkoloq həkim onun ölkəmizə əsasən İran İslam Respublikasından qaçaqmal yolu ilə gətirildiyini söyləyir. P. Məmmədov deyir ki, metamfetamin Azərbaycanda o qədər geniş yayılıb ki, artıq narkomanlar arasında heroini tək istifadə edən yoxdur. Həmsöhbətimiz metamfetaminin digər narkotik vasitələrdən daha təhlükəli olduğunu söyləyir.
    Onun sözlərinə görə, metamfetamin psixostimuliyator olduğundan bədənin enerji potensialını beyinin iş fəaliyyətinə yönəldir. Beyin bu maddəni istifadə etdikdən sonra aktiv qalır. Beləcə yuxu pozulur, iştah kəsilir, insan daim hərəkətdə olmaq istəyir. Amma təsiri getdikdən sonra insanda tükənmə, yorğunluq, uzun müddət süstlük yaranır.
    Bundan əlavə mütəmadi istifadə zamanı beyin uzun müddət oyanıq qaldığı üçün psixoz baş verir. Bu zaman xəstədə aqressiya, halusunasiya meydana çıxır:
    “Valideynlər də bizə bu şikayətləri edirlər ki, metamfetamin istifadə edən övladları onlara qarşı çox aqressivdir, gözünə daim nəsə görünür və sair. Belə xəstələr yemək yemir, qısa müddətdə çəki itirirlər. Metamfetamin sintetik maddə olduğundan, onun istifadədən sonra parçalanması zamanı qaraciyər, böyrəklər də ciddi zərər görür. Çünki, orqanlar gərgin iş rejimində işləyir”.

    Qadınlar “patı” qurbanına çevrilib

    P. Məmmədov bildirir ki, ən təhlükəli məqamlardan biri də “patı” istifadəçilərinin günü-gündən cavanlaşması, onların arasında qadınların olmasıdır: “”Patı” istifadə edənlərin yaş həddinə baxsaq görərik ki, onlar daha çox 25-35 yaş arası gənclərdir. Ən təhlükəlisi isə bu psixostimuliyatoru istifadə edənlərin arasında qadınların sayının günü-gündən artmasıdır. Qadınlar “patı”dan daha çox arıqlamaq üçün istifadə edir, daha sonra onun aludəçisinə çevrilirlər”.

    Həkim bildirir ki, qadınları çox vaxt metamfetaminə arıqlamaq adı ilə təklif edirlər: “Metamfetamin insanı kəskin arıqladır, enerji parçalanmasını, metabolizmi sürətləndirir. Ona görə də, bunu istifadə edənlər tez arıqlayır.
    Sonra isə onun fiziki asılılığından çıxa bilmirlər. Hətt gəncləri dərs oxumaq, imtahana yaxşı hazırlaşmaq adı ilə də metamfetinə cəlb edənlər olur. Beyin onu istifadə etdikdən sonra doğurdan da iş qabiliyyəti artır. Amma sonrakı fəsadları asılılıq yaradır” deyə P. Məmmədov bildirir.

    Psixi asılılıq yaradır…

    Həkim bildirir ki, “patı”adlandırılan metamfetin fiziki asılılıq yaratmayan maddədir: “Amma bu narkotik vasitə psixi asılılıq yaradır. Beyin daim fəaliyyətdə olduğundan, aktiv iş rejiminə öyrəşir. Normaya qayıtdıqda normanı qəbul edə bilmir.
    Bu zaman xəstədə depressiya baş verir. Depressiyanın müalicəsini isə narkoloq yox, psixiatr və psixoterapevt etməlidir. Bundan sonra xəstə reabilitasiya keçməlidir” deyə P. Məmmədov söyləyir.

    Şöbə müdiri deyir ki, metamfetamin kokaninə bənzər maddədir: “Kokain də psixostimuliyatordur. Remissiya almaq üçün xəstə üzərində davamlı işləmək lazımdır. Psixi asılılıq olduğundan reabilitasiya aparılmasa xəstə həmin maddənin yenidən aludəçisinə çevrilə bilər” deyə narkoloq söyləyir.

    Metamfetaminin gizli marşrutu…

    Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva bildirib ki, “Patı” və “şüşə” adlandırılan narkotik vasitələr metamfetamindir. Bu narkotik vasitələr qaçaqmal yolu ilə İran İslam Respublikasından gizli yolla gətirilir.
    O, bildirir ki, “patı” satan dəstələrin ələ keçməsi təbii ki insanlar arasında təşviş yaradır. Amma onların ələ keçməsi, ölkəmizdə insanları bu bəladan xilas etməyə yönəlib.

    “Patı” niyə “su” qiymətinə düşüb?

    L. Yolçiyeva deyir ki, “patı” adlanan narkotik vasitənin satışının artmasının bir əsas səbəbi qiymətinin çox ucuz olmasıdır: “Hətta bu gün satışda “patı”nı 10-15 manata təklif edənlər var”.

    L. Yolçiyeva bildirir ki, metamfetaminin istifadəsinin artması çox təhlükəlidir. L. Yolçiyeva qiyməti ucuz olduğundan, bu narkotik vasitənin məktəb yaşlı uşaqlara belə təklif edildiyini söyləyir.
    Onun sözlərinə görə, qiymətinin ucuz olması bu narkotik vasitəni əlçatan edir. Həmsöhbətimiz bildirir ki, “patı”ya maraq yaratmaq üçün gənclərə stressi atmaqda kömək edən vasitə kimi təqdim olunur. L. Yolçiyeva sintetik tərkibli narkotiklərin istifadəsinin daha təhlükəli olduğunu, uzun müddət istifadənin sinir sisteminə çox mənfi təsiri olduğunu deyir.

    Sosial şəbəkələr narkotik bazarına çevrilib

    L.Yolçiyeva bildirir ki, pandemiya dövründə kafe-barların fəaliyyətinin dayandırması narkotik vasitələrin sosial şəbəkələr üzərində satışını sürətləndirib.
    O, bildirir ki, hazırda narkotik vasitələr kafe və qəlyan evləri ilə yanaşı, sosial şəbəkədə də satılır. Onun sözlərinə görə, bu gün instaqramda sintetik narkotik vasitə satışı həyata keçirən səhifələr fəaliyyət göstərir.

    “Patı” ölkəmizdə istehsal olunur?

    Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nəcəf Aydınoğlu isə “patı” kimi tanınan narkotik maddənin ölkəmizdə istehsalını qəti təkzib edir.
    O, bildirir ki, sosial şəbəkə istifadəçiləri və ictimai fəallar ölkədə narkotik vasitələrin istehsalının həyata keçirildiyini iddia etsə də bu öz təsdiqini tapmayıb: “DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və ərazi polis orqanları tərəfindən bu barədə gedən söhbətlərlə əlaqədar əməliyyat tədbirləri həyata keçirilib.
    Şübhə doğuran bir sıra hallar tərəfimizdən yoxlanılıb. Lakin ölkə ərazisində narkotik vasitələrin istehsalını və satışını həyata keçirən hər hansı şəxs tərəfimizdən müəyyən edilməyib. Buna görə deyə bilmərik ki, ölkədə narkotik vasitələrin istehsalı həyata keçirilir”.

    Narkotacirlərin süni qiymət oyunu…

    N.Aydınoğlu qeyd edib ki, narkotik vasitələrin və psixotrop maddələrin qiymətinin azalmasının və istifadəçilərin sayının çoxalmasının səbəbi narkotacirlərin qiymətləri süni şəkildə azaltmasıdır: “Qiymət azalmasını səbəbi bəzi şəxslərin ölkə ərazisində narkotiklərin satışını təşkil edəcək narkokuryerləri tapa bilməməsidir.
    Bu, DİN və hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri ilə bağlıdır. Narkokuryerlər qiymət baha olduğundan satış həyata keçirə bilmədikləri üçün narkotik vasitə ala bilmirdilər. Bu səbəbdən ölkə xaricində narkotacirlər qiymətləri süni şəkildə azaldır və onun yayılmasına süni şəkildə şərait yaradırlar.
    Bundan başqa narkotik vasitə istifadə edən şəxslərin sayının artması səbəblərindən biri də sosial şəbəkələrdə narkotik vasitələrin faydalı olması barədə fikirlərin səslənməsidir”.

    Polis iş başında…

    Qeyd edək ki, dünən Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

    ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Samir Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0.3 qram çəkidə narkotik maddə olan “metamfetamin” (patı) aşkar edilib.

    S.Hüseynovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləi nəticəsində məlum olub ki, narkotik maddəni tanışı Mətləb adlı şəxs 10 manata satıb. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Mətləb Əliyev saxlanılaraq Polis Bölməsinə gətirilib. Onun üzərindən isə 0.33 qram narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

    Nizami rayon polisinin keçirdiyi digər tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İqbal Əlisgəndərov saxlanılmış, polis idarəsində üzərinə baxış keçirilən zaman 1.25 qram narkotik maddə heroin aşkar edilib. İdarə əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Asif Bağırov da saxlanılmış, onun üzərindən 0.2 qram narkotik maddə olan heroin aşkar edilərək götürlüb.

    ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Hüseyn Allahverdiyev saxlanılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 3.17 qram çəkidə narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

    Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

    Narkomanların sayı artır…

    Məlumat üçün onu da qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil edib.
    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumata görə, həmin şəxslərdən 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatında olanlardır.
    Onlardan 618 nəfəri qadındır. 9-u 15-17 yaşlarda, 18-34 yaşlar arası 12969 arası narkotik vasitə aludəçisidir. 23537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. Qeyd edək ki, əvvəlki ildə bu rəqəm 32921 olub.

    Oxunub: 363
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.