“İŞİD Əfqanıstanda fəaliyyət göstərə bilməyəcək"- “Taliban” Moskvada bəyan edib
“İŞİD terror təşkilatı Əfqanıstan ərazisində fəaliyyət göstərməyəcək”.
Rusiya KİV-i xəbər verir ki, bu barədə iyulun 9-da Moskvada keçirilən mətbuat konfransında “Taliban” hərəkatı nümayəndə heyətinin başçısı şeyx Şahabuddin Delavar bəyan edib.
“Biz bütün tədbirləri görəcəyik ki, İŞİD terror təşkilatıheç vaxt Əfqnıstan ərazisində olmasın”–deyə, Delavar bildirib.
Xəbər verildiyi kimi, bu ərəfədə talibanın 4 nəfərdən ibarət nümayəndə heyəti şeyx Şahbuddin Delavarın başçılığı altında Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi dəvəti ilə Moskvaya gəlib.
Görüşdə hər iki tərəfə aid olan məsələlər və Əfqanstandakı cari vəziyyət və sülh prosesi müzakirə olunub.
Rusiya prezidentinin Əfanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulovla məsləhətləşmələr zamanı taliblər əmin ediblər ki, Tackistanla və həmsərhəd dövlətlərlə sərhədi pozmağa hazırlaşmırlar.
Hərəkatın siyasi ofisinin nümayəndəsi Süheyl Şahinin bildirib ki, Əfqanıstan ərazisi üçüncü ölkələrə qarşı istifadə edilməyəcək, həm də yüklərin tranziti qorunacaq.
Oxunub: 276
Xəbəri paylaş
Paylaş: