Yaponiyada leysan yağışları:
400 mindən çox əhali təxliyyə olunur
Yaponiyanın qərb bölgələrində son günlər yağan leysan yağışlarına görə 400 mindən çox sakinin təcili təxliyyə olunması üçün təlimat verilib.
Yerli KİV xəbər verir ki, həmin bölgədəki Kaqoşima, Kumamoto, Miyazaki prefekturalarında azı 240 min sakin üçün ən yüksək, daha 160 min sakin üçün isə nisbətən az səviyyəli təhlükə elan olunub.
Kaqoşima əyalətində təxliyyə olunacaq məskənlərdən birində Olimpiya Oyunlarına hazırlanan Argentina voleybol milli komandası qalır.
Yerli hava xidmətinə görə 450 mm-dən artıq yağıntı olduğu bölgədə daşqın və torpaq sürüşmələri təhlükəsinin yarandığı bildirilir./report
Oxunub: 365
Xəbəri paylaş
Paylaş: