XUDAVƏNG MONASTIRINDA 7 ERMƏNİ KEŞİŞİ NİYƏ YAŞAYIR VƏ ONLARI KİM QORUYUR?..-
AKTUAL
“Kəlbəcərdəki Xudavəng monastırında yeddi ermeni ruhani qalır və onların təhlükəsizliyini Rusiya sülhməramlı qüvvələri təmin edir”.
Bu barədə politoloq Məhəmməd Əsədullazadə fikir bildirib. O bildirib ki, Xudavəng monastırı qədim Alban-udin məbədidir və müharibədən sonra udinlərin ora dini səfəri təşkil edilirdi. Bu çox düzgün addım idi. İndi onların səfəri niyə təşkil edilmir?
Azərbaycanın Qəbələ, Şəki, Gədəbəy və digər regionlarında Alban məbədləri var. Kəlbəcərdə Xudavəng məbədinə ermənilərin gəlişinə Azərbaycan tərəfi haqlı olaraq imkan vermir. Məhz Azərbaycanın bu addımından ermeni keşişlər narazılıq edir. Həmin keşişləri də oradan qovmaq lazımdır. Təklif edirəm ki, Xudavəngdə şərait yaradılsın və udin din xadimlərinin daima yaşaması təşkil edilsin, üstəlik onlara maaş verilsin”.
Politoloq əlavə edib ki, Kəlbəcərdəki monastır Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında və ermənilərin kompakt yaşadığı ərazidə deyil: “Ermənilərin Kəlbəcərdəki monastıra gəlməyə nə mənəvi, nə də hüquqi haqları yoxdur. Həmçinin Azərbaycan tərəfi də buna icazə verməməlidir.
Ermənilər Xudavəngi “qədim erməni” irsi elan edərək əleyhimizə təbliğat aparır. Ona görə də Xudavəngdə udinlər üçün tam şərait yaradıb onların dini ayinlərini mütəmadi olaraq təşkil etmək və erməniləri məbəddən çıxarmaq lazımdır. Qarabağda 64 məsciddən 63-nü dağıdan məhz erməni din adamları olub.
İki yüz ildir ki, erməni keşişləri və kilsə Azərbaycana qarşı etnik düşmənçiliyin, terrorun mərkəzidir. Erməni keşişlər daima işğalın reallaşmasında mühüm rol oynayıblar.
Xudavəng monastırında yeddi erməni keşişin qalması bu monastırı Azərbaycana qarşı siyasi-ideoloji terrorun mərkəzinə çevirib. Monastırda onların daim yaşamasına və ibadətdinə icazə verilməməlidir”.