Britaniya Aİ-yə 47.5 milyard avro ödəməkdən imtina edir

TASS xəbər verir ki, bu barədə Birləşmiş Kralığın Baş naziri Boris Consonun dəftərxanasından məlumat verilib.
Bildirilib ki, İttifaq ekspertlərinin hesablamaları yanlışdır və burada Aİ-nin Britaniyaya qaytarmalı olduğu vəsait nəzərə alınmayıb.
Qeyd olunub ki, Britaniya tərəfinin hesablamalarına görə, Aİ-yə ödəniləcək təzminatın məbləği 40-45 milyard avro arasında olmalıdır.
Xatırladaq ki, Britaniya 1 fevral 2020-ci ildə Aİ-nin tərkibindən çıxıb.
Oxunub: 361
Xəbəri paylaş
Paylaş: