İranda ötən sutka COVID-19-dan 151 nəfər ölüb
İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 151 nəfər ölüb.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 85694 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 11664 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3355786 nəfərə çatıb.
Oxunub: 262
Xəbəri paylaş
Paylaş: