15 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır - Türkiyədə

Türkiyə Səhiyyə Nazirliyi peyvənd olunanların yaş həddində dəyişiklik edib.
Qərara görə peyvənd olunmaq istəyən vətəndaşların yaş həddi 16-ya enib.
“News Global Reporter” Ailə Həkimi Dərnəkləri Federasiyasından Ozan Ulaş Caymazın verdiyi məlumata görə, peyvənd yaşı 16-ya endi.
Qərara görə, 16 və 17 yaşını tamamlayan vətəndaşlar, bu gündən etibarən randevu alaraq peyvənd oluna bilər.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında qeyd edib ki, Türkiyədə peyvənd olunanların sayı 57 milyon doza keçib:
“İlk peyvənd dozu olanların nisbəti 60 %-i keçdi. Randevu alın və peyvəndi ən qısa müddətdə alın”.
Oxunub: 283
Xəbəri paylaş
Paylaş: