Belarus KİV-də miqyaslı axtarışlar - 7 nəfər saxlanıb
Belarusda KİV redaksiyaları və jurnalistlər miqyaslı axtarışlara məruz qoyulub.
Belarus Jurnalistləri Assosiasiyası (BJA) «Teleqram»da xəbər verir ki, yalız son iki gündə güc strukturları 30-a yaxın axtarış aparıblar, 7 nəfər saxlanıb.
Belə ki, hüquq-mühafizə strukturlarının əməkdaşları «Naşa Niva», «Brestskaya qazeta», «İntex-ress», «Media-Polesye», «Virtualnıy brest», «Onliner», «Pervıy reqion», «Qantsavitski ças», «İnformproqrulki» və «Silnıye novosti» nəşrlərində axtarış aparıblar.
Tədbir terrorçuluqla, kütləvi qarışıqlıq və ictmai qaydaları pozma halları ilə mübarizə çərçivəsində keçirilir. Ölkənin Dövlət Təhlükəsizliyi Komitəsində (DTK) bundan əvvəl qeyd ediblər ki, Belarusda «radikal əhvallı şəxslərdən təmizləmə üzrə genişmiqyaslı əməliyyat» keçirilir.
BJA-nın məlumatına görə, ölkədə nəzarət altında, ev dustaqlığında və ya artıq cəzalandırılmış 32 KİV nümayəndəsi, o cümlədən, bir neçə baş redaktor var.
Oxunub: 401
Xəbəri paylaş
Paylaş: