Kubada hökumət əleyhinə etirazlar başlayıb - yüksək qiymətlərə qarşı
ABŞ-ın uzunmüddətli sanksiyaları və COVID-19 pandemiyası nəticəsində yaşanan iqtisadi krizis Kubada hökumət əleyhinə etirazların başlanmasına səbəb olub.
Xarici KİV xəbər verir ki, ərzaq çatışmazlığına və yüksək qiymətlərə qarşı etiraz edənlərin əllərində ABŞ bayrağı olub.
Digər tərəfdən, ABŞ-ın müxtəlif bölgələrində Kuba Kommunist Partiyasına qarşı etirazlar təşkil edilib.
Digər tərəfdən, ABŞ-ın müxtəlif bölgələrində Kuba Kommunist Partiyasına qarşı etirazlar təşkil edilib.
Kuba prezidenti Migel Diaz-Kanel xalqa televiziya ilə müraciət edərək, onları hazırkı hökumətə qarşı etiraz etməyə çağırıb. Kanel bildirib ki, muzdluların ölkədə qeyri-sabitlik yaratmasına icazə verilməyəcək.
Qeyd edək ki, Kubada 11 iyuldan etibarən hökumət əleyhinə etirazlar yüksəlib. Etirazlar paytaxt Havana da daxil olmaqla ölkənin 8 iri şəhərini əhatə edir.
Oxunub: 464
Xəbəri paylaş
Paylaş: