Ölkəni hökumət əleyhinə etiraz nümayişləri bürüdü - Orduya əmr verildi
Koronavirus pandemiyasının yayılmasına baxmayaraq, hökumət əleyhinə nümayişlər davam edir.
Ölkənin cənubunda yerləşən Tripoli şəhərində də iqtisadi böhran və bahalaşmaya etiraz olaraq, nümayişlər başlayıb.
Əl-Nur meydanına toplaşan vətəndaşlar sosial-iqtisadi şərtlərin ağırlığına etiraz edərək şəhərdəki bank binalarını yandırıblar. Hərbi qüvvələr nümayişləri dağıtmaq üçün vətəndaşlara qarşı plastik mərmidən və gözyaşardıcı qazdan istifadə edir.
Yerli mənbələr şəhərdəki etirazlarda ən az 20 nəfərin yaralandığını bildiriblər.
Uzun müddətdir Livanda davam edən sosial-iqtisadi böhran koronavirus səbəbindən daha da ağırlaşıb. İqtisadi böhranın genişlənməsi ilə razılaşmayan xalq kütlələri ölkənin müxtəlif bölgələrində hakimiyyət əleyhinə nümayişlərə başlayıb.
Oxunub: 460
Xəbəri paylaş
Paylaş: