AVRO-2020 rəqəmlərdə:
Ən yaxşılar, rekordlar, yubileylər
İngiltərə millisi futbol üzrə Avropa çempionatları tarixi ərzində 2 qolla qrup birincisi olmuş ilk komandadır.
Həm İngiltərə, həm də finaldakı rəqib İtaliya yığması qrup oyunlarında uduzmayıb. Daha əvvəl bunu cəmi 4 cütlük bacarıb.
İsveçrə seçməsi Avropa çempionatları tarixində cəmi 3 dəfə pley-off oynayıb. Kollektiv hər 3 qarşılaşmanı penaltilər seriyasına daşıyıb.
İsveçrə millisinin hücumçusu Haris Seferoviçin 1/8 finalda Fransa yığmasının qapısına vurduğu ilk qol Avropa çempionatlarının yubiley - 800-cü qolu kimi əlamətdar olub.