Gürcüstan parlamentinin iclası başlayıb, müxalifət zaldan çıxarılıb
Gürcüstan parlamentinin bu gün saat 12:00-a təyin olunan növbədənkənar iclası üç saat gecikmədən sonra başlayıb.
Buna səbəb qanunverici orqanın iclas zalında baş verən qarşıdurma olub.
Gərginlik zamanı müxalifət partiyalarından olan deputatlar spikerin kürsüsünü tutaraq hökumətin istefasını tələb ediblər.
Müxalifəti təmsil edən millət vəkillərinin bir qismi zaldan çıxarılıb.
İclasda 85 deputat iştirak edir./report
Oxunub: 374
Xəbəri paylaş
Paylaş: