Paşinyan yarım saatdan sonra istefaya göndərilə bilər -
Yenilənib
Parlamentin növbədənkənar iclası yerli vaxtla saat 20:00-da keçiriləcək.
Bunu “Sputnik Ermənistan”a “Çiçəklənən Ermənistan”dan millət vəkili Naira Zöhrabyan deyib.
Lazımi sayda imza artıq toplanıb və parlamentin katibliyinə təqdim edilib.
Onun sözlərinə görə, parlament çoxluğundan (“Mənim Adımım” bloku) olan millət vəkilləri kvorum təmin etmək üçün iclasa gələcəklərini artıq ya deyiblər, ya da bu dəqiqələrdə deyəcəklər.
İclasın gündəliyi artıq bəyanata əlavə olunub, deputatlar Dağlıq Qarabağa dair sonuncu sazişin ləğv olunmasını tələb edirlər.
***
Yerevandakı etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyana, gecəyarısına qədər istefa verməsi üçün, ultimatum irəli sürüblər.
Xəbəri “Sputnik Ermənistan” yayıb.
"Daşnaksütyun" təmsilçisi İşxan Saqatelyan deyib: ""Mənim addımım”ın bütün millət vəkillərinin saat 00: 00-a qədər vaxtları var. Bu saata qədər Milli Məclisə gəlməsələr, saat 00: 30-da mətbuat konfransı təşkil edib, növbəti addımlarımızı təqdim edəcəyik".
***
“Çiçəklənən Ermənistan” fraksiyasından olan millət vəkilləri mitinq iştirakçıları ilə birlikdə ölkə parlamentinin binasına yürüş ediblər.
“Sputnik Ermənistan” bildirir ki, millət vəkilləri təcili iclas çağırmaq niyyətlərini açıqlayıblar.
Ermənistanda hərbi vəziyyətə baxmayaraq, müxalifət çərşənbə günü Azadlıq meydanında mitinq təşkil edərək, ölkə rəhbərliyinin Qarabağla bağlı üçtərəfli bəyanat imzalamasına etiraz olaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edib. İclasdan sonra yığışan vətəndaşlar Milli Məclisin binasına yürüş ediblər.
Millət vəkili Naira Zöhrabyan toplaşanlara parlament binasına girdiyini söyləyib və digər fraksiyadan olan deputatları da Milli Məclisə çağırıb: “Hamınızı Milli Məclis binasında gözləyirik!".
Paşinyanın istefası üçün iki ehtimalın olduğu qeyd olunur: ya könüllü istefa, ya da parlamentin fövqəladə iclası çərçivəsində impiçment prosedurunun həyata keçirilməsi yolu ilə.
Etirazçılar millət vəkilinin qərarını alqışlarla qarşılayıblar. Onlar parlament binasının qarşısında dayanaraq vətənpərvərlik mahnıları oxuyur və "Nikol, get" deyirlər.
Müxalifətin mitinqi davam edir./virtualaz.org