Moskvada azərbaycanlı "qanuni oğru"ya qarşı ittiham irəli sürülüb
Rusiyanın paytaxtı Moskvada cinayətkar aləmdə avtoritet kimi tanınan Rəşad İsmayılova (Rəşad Gəncinski) qarşı ittiham irəli sürülüb.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin Moskva üzrə İstintaq Baş İdarəsinin nümayəndəsi Yuliya İvanova iyulun 12-də jurnalistlərə bildirib.
Onun sözlərinə görə, İsmayılov 2013-cü ildən başlayaraq 7 il ərzində “qanuni oğru” olub. Ona qarşı “cinayətkar ierarxiyada ən yüksək vəziyyətdə olmaq” maddəsi üzrə cinayət işi başlanılıb.
Bildirilib ki, İsmayılov 2009-cu il mayın 13-də Moskvada İzmayılov şosesində yerləşən kafedə iki nəfərin qətlə yetirilməsində iştirakda şübhəli bilinir.
Oxunub: 365
Xəbəri paylaş
Paylaş: