İraqda yanan xəstəxanada ölənlərin sayı 90-a çatıb -
Ölkədə matəm elan olundu
İraqın cənubunda yerləşən Di-kar əyalətinin Nəsiriyyə şəhərində koronavirusa yoluxan pasiyentlər üçün nəzərdə tutulan hospitalda baş verən yanğın nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb. İraqın Baş naziri Mustafa əl-Kazımi ölkədə matəm elan edib.
Bildirilib ki, İraqda koroavirusa yoluxanlar üçün xəstəxana ilk dəfə deyil yanır. Bu il aprelin 24-də Bağdadda İbn əl-Xətib adına hospitalda baş vermiş oxşar hadisə nəticəsində 82 nəfər ölmüş, 110 nəfər yaralanmışdı.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi də bu faciə ilə bağlı İraqa baş sağlığı verib.
***
İraqın cənubunda yerləşən Di-kap əyalətinin Nəsiriyyə şəhərində koronavirusa yoluxan pasiyentlər üçün nəzərdə tutulan hospitalda yanğın baş verib. Nəticədə ölənlərin sayı 77 nəfərə çatıb. Hadisə ilə əlaqədar əyalətin səhiyyə naziri Səddam ət-Tavil istefa verib. İraqın Baş naziri Mustafa əl-Kazımi ölənlərin xatirəsinin yad edilməsi üçün matəm elan olunması və yanğının araşdırılması üçün xüsusi komissiyanın yaradılması ilə bağlı tapşırıq verib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi də İraqın Nasiriyyə şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində həlak olanlarla bağlı baş sağlığı verib.