"Bakı gözəlliyi və mədəniyyətilə seçilir"- Kaxa Kaladze
“Əvvəllər nazir işləyəndə də Bakıya tez-tez gəlirdim. Bu şəhər memarlığı ilə ad çıxarıb”.
Bunu Bakıya səfərə gələn Tbilisi şəhərinin meri Kaxa Kaladze jurnalistlərlə görüşü zamanı bildirib.
Ölkəsində Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verildiyini deyən qonaq Bakıda onlara göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, bu səfərin iki paytaxt şəhər arasında münasibətlərin daha da inkişafı üçün böyük rol oynayacağını bildirib.
Gürcüstan paytaxtının meri həmçinin Bakının gözəlliyinə valeh olduğunu deyərək şəhərdə görülən quruculuq və abadlıq işlərinə yüksək qiymət verib.
“Bakı çox təmiz şəhərdir. Bu şəhər gözəlliyi, mədəniyyəti, burada yaşayan insanları ilə seçilir” – deyə qonaq fikrini çatdırıb./report
Oxunub: 259
Xəbəri paylaş
Paylaş: