Rusiya Əfqanıstandan diplomatlarını çıxardı - Özbəkistana köçürüldülər

Əfqanıstanda “Taliban” hərəkatı silahlılarının Özbəkistanla dövlət sərhədinə yaxınlaşması vəziyyəti daha da gərginləşdirib. Bununla əlaqədar Rusiyanın Əfqanıstanın Məzari-Şərif şəhərindəki Baş Konsulluğunun əməkdaşları təhlükəsizliyin təmin olunması məqsədilə Özbəkistana köçürülüb.
Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Yusuf Kabulcanov məlumat açıqlayıb. Diplomatlar son vaxtlar Xayraton şəhərində fəaliyyət göstərirdilər.
Bildirilir ki, son vaxtlar taliblərin hücumlarına davam gətirməyən təxminən 100 əfqan hərbçisi Özbəkistanda müvəqqəti sığınacaq tapıb./azərtac
Oxunub: 224
Xəbəri paylaş
Paylaş: