Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Göydəki nəhəng:
    Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
  • 
  • İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
    İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
  • 
  • Azərbaycanda 16 yaşlı qız ana oldu -
    Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
  • 
  • RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ -
    RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
  • 
  • İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
    İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
  • 
  • İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq -
    İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
  • 
  • İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi -
    İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
  • 
  • Gərginlik artır:
    Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
  • 
  • Xəstə heyvanların əti Bakıya gətirilir?-
    Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
  • 
  • DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"-
    DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
  • 
  • İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
    İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
  • 
  • Telefona üç gün baxmayanda görün nələr olur -
    Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
  • 
  • Rusiya sualtı qayığı Fransa sahillərində -
    Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
  • 
  • 38 ZAVODDAN 21-i “VURULUB”...-
    38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
  • 
  • Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? -
    Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
  • 
  • Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz -
    Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
  • 
  • Şərurlu İsfəndiyardan RƏZİL ADDIM:
    Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
  • 
  • İlham Əliyev İspaniya Kralını təbrik etdi
    İlham Əliyev İspaniya Kralını təbrik etdi
  • 
  • Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?-
    Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
  • 
  • Bəhram Rəcəbzadədən gözlənilməz qərar -
    Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
  • 
  • Kürdlər və Dəməşq neft sazişi bağladı
    Kürdlər və Dəməşq neft sazişi bağladı
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • “Taliban”: “ABŞ may ayına qədər Əfqanıstandan çıxmalıdır, yoxsa...”
  • “Taliban” Əfqanıstanda atəşkəs elan edib – Ramazan bayramı ilə əlaqədar
  • Taliban ABŞ-a meydan oxudu: Vaxt bitib, hərəkətə keçəcəyik
  • Əfqanıstanda son sutkada 119 “Taliban” silahlısı ölüdürülüb
  • Əfqanıstan iqtidarından “Taliban”a jest: "Qruplaşmanın 900 üzvü həbsdən azad edilib"
  • “DÜNYANIN DƏSTƏYİNƏ EHTİYACIMIZ VAR...”- “Bəli, “Taliban” dəyişib, daha da aqressivləşib” /Müsahibə

    • Tarix: 16-07-2021, 14:48



    "“Taliban”ın heç kimə xeyri dəyməz, amma bəzi ölkələr ondan öz maraqları üçün istifadə etmək istəyir"

    Dünyanın diqqəti yenə Əfqanıstandadır. “Taliban” hərəkatının ölkədə hakimiyyəti yenidən ələ keçirməyə yaxın olması, ABŞ qoşunlarının buranı tərk etməsi dünya ictimaiyyətinə həm də “İŞİD kabusu”nu xatırladır. Böyük Britaniya, SSRİ kimi, ABŞ da Əfqanıstanda uğura nail ola bilmədi.
    Bir çoxları qeyd edir ki, ABŞ-ın Əfqanıstandan çıxması qlobal xaosun başlanğıcı və yeni dünya düzəninin bərqərar olmasının ilk işartısıdır.
    “Taliban” Əfqanıstanının bütün region üçün xaos mənbəyi olacağı da proqnozlaşdırılır. Dünya 2000-ci illərin əvvəlində izlədiyi, çoxəsrlik mədəniyyət abidələrinin partladılması, edamlar və s. ilə bağlı dəhşətli kadrları xatılamağa başlayıb.

    Əfqanıstanı yaxın gələcəkdə nə gözləyir? “Taliban”ı nəzarətdə saxlamaq mümkün olacaqmı? “Taliban”a kim dəstək verir? Əfqan xalqı kimin tərəfindədir? Türkiyənin missiyası uğurlu olacaqmı?
    Bütün bu suallara Azərbaycan mətbuatına ilk dəfə müsahibə verən Əfqanıstan səfiri Amanulla Ceyhun Azpolitika saytına müsahibəsində aydınlıq gətirib.

    - Cənab Səfir, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarmağa başladığı gündən “Taliban” hücumlara başlayıb. Amerika niyə 20 il sonra Əfqanıstandan üz döndərdi?
    Halbuki, bugünkü mənzərə onlara ilk gündən bəlli idi. ABŞ kəşfiyyatı ilk gündən bildirmişdi ki, ABŞ əsgərləri ölkəni tam tərk etdikdən bir neçə ay sonra hakimiyyət “Taliban”nın əlinə keçə bilər.
    Hətta Əfqanıstanın keçmiş Prezidenti Həmid Kərzayi indi açıq şəkildə Qərb əsgərlərinin ölkədə yerləşdirilməsini həm “Taliban”, həm də İslam Dövləti-Xorasan Əyaləti (Islamic State-Khorasan Province - ISKP) tərəfindən terror hücumlarının artmasının əsasını təşkil edən “uğursuz bir missiya” adlandırıb...

    - Bu günlər Əfqanıstan yenə də mətbuatın mövzusuna çevrilib, hər yerdə Əfqanıstandan danışılır.
    Bunun iki səbəbi var: sizin dediyiniz kimi, amerikalıların Əfqanıstandan çıxması və “Taliban”ın güclənməsi. Birinci səbəbdən başlayaq. Amerikalılar Əfqanıstana daimi, əbədi qalmağa gəlməmişdi. Bir gün getməli idilər. Əfqanlar da ABŞ və xarici qüvvələrin həmişəlik qalmasını istəməzdi. Buna görə də, getmələrinə ehtiyac vardı.

    Amma bir məsələ var - amerikalılar Əfqanıstanda nəsə edə bildimi, yoxsa yox? Əlbəttə etdi. Əgər biz Əfqanıstanı 2001-ci illə müqayisə etsək, görərik ki, indi çox fərqli bir ölkəmiz var. “Taliban”ın dövründə çox az sayda uşaq məktəbə, tələbə universitetə gedirdi. İndi milyonlara insan məktəbə, universitetə gedir, oxuyur, təhsil alır. Bunların çoxu qadınlardı. Bu, Əfqanıstan üçün böyük bir irəliləyişdir.

    Bundan əlavə, Əfqanıstanda dövlət institutları yaradıldı. Lakin problemlərimiz də var. Əfqan xalqı öz taleyini öz əlinə almalıydı. Buna görə də, aprelin 14-də ABŞ Prezidenti Co Bayden ABŞ-ın Əfqanıstanı tərk edəcəyini dedi. Əşrəf Qani də onlara bu illər ərzində etdiklərinə görə təşəkkür etdi.
    Amma onlar Əfqanıstanı tamamilə tərk etmir. Yenə də ABŞ Əfqanıstan Silahlı Qüvvələrini dəstəkləyəcək, Əfqanıstandan deyil, ölkə xaricindən dəstəkləyəcək və növbəti il üçün 3.3 milyard dollar yardım göstərəcək. Humanitar yardımlar da olunacaq. ABŞ-ın Əfqanıstana yardımları davam edəcək. Bir neçə gün əvvəl Bayden açıqlamasında deyib ki, Əfqanıstanın hazırkı hökuməti qalacaq, getməyəcək.

    İkinci səbəbə gəlincə, “Taliban” bir az səs-küy saldı. Onlar 100-dən çox rayon qəsəbələrini ələ keçirib. Bəzilərini mübarizə apararaq aldı, bəzilərini də dəstək olmadığından rayonlar təslim oldu, daha doğrusu Amerika qoşunları postlarının tərk etdikdən sonra bizim qüvvələrimizin o ərazilərə postlara getməsi bir qədər vaxt aldı.
    Hazırda “Taliban” heç bir vilayətin mərkəzini ələ keçirməyib. Buna görə də, Əfqanıstan hökuməti daimi bir hökumətdir. “Taliban” bir neçə rayonu aldı deyə, hökumət məğlub olmayacaq. Düzdür, Kərzayi də siz deyən kimi bir açıqlama verib. “Taliban” oradaykən digər qüvvələrin gəlməsinə səbəb olur.
    Çünki “Taliban”ın döyüşçüyə, döyüşçülərin də bir bölgəyə ehtiyacı var. Bir-birini dəstəkləməklə onlar Əfqanıstana girirlər. Biz sülh üçün mübarizə apardıq. ABŞ “Taliban”la masaya oturdu, sülh üçün danışdılar və “Taliban”ın 4 məsələni etməli olduğunu lazım bildi. Birincisi, onlar əcnəbi döyüşçülərlə əlaqələrini kəsməlidir.
    Amma biz görürük ki, orda tacik, özbək, uyğur, Qafqazdan və Pakistandan vuruşanlar var. Biz əfqanlar olaraq ön xətdə tək mübarizə aparırıq. Bunun üçün də bölgədən dəstək istəyirik. Bu, tək Əfqanıstanın mübarizəsi deyil. Bu, beynəlxalq terrorizmə qarşı bir mübarizədir. Bizim dünyanın dəstəyinə ehtiyacımız var.

    Əfqanıstan 20 ildə çox şey əldə edib, qadınlar bir çox hüquqa nail olub. “Taliban”ın olduğu bölgələrdə nələr baş verir, onu xalqdan soruşun. Onlar yenə köhnə qayda-qanunlarını, hətta daha da aqressivləşərək geri qaytarır. Siz bir qadın olaraq “Taliban”ın olduğu bölgəyə gedərkən “burqa” geyinib mütləq mahrəminizlə – ya əriniz, ya oğlunuzla getməlisiniz. Mətbuatda nə edib, nə etməməklə bağlı öz qayda-qanunlarını yayıblar.

    Qadınlarla bağlı sərt qaydaları var, işləmələri qadağandır, xəstə olduğu halda xəstəxanaya gedərkən yanında mütləq məhrəmi olmalıdır. Əgər yoxdursa, qadın nə etməlidir? Bunlar bizim 20 ildə qazandıqlarımızı məhv etmək istəyir. Sülh Əfqanıstan üçün çox vacibdir. İstəyirik ki, 20 ildə mübarizə edib qazandığımız haqlarımız qalsın. İkincisi, xalq kimi istəyir, onu özü seçsin, xalq qərar versin. Biz bunu istəyirik. Amma “Taliban” deyir ki, mən öz bildiyim İslamdan hakimiyyət quracam.

    - Bir az əvvəl dediniz ki, “Taliban” digər millətlərdən olan terrorçu qruplarla birlikdədir. ABŞ-ın Əfqanıstana girməsinin bir məqsədi də “Əl-Qaidə” terror təhlükəsini məhv etmək, ölkənin digər terror qruplar üçün düşərgə olmasının qarşısını almaq olub.
    Yəni hazırda ABŞ-la “Taliban” arasındakı razılaşma da dediyimə söykənir. Hər iki qrupun idelogiyaları eynidir, Necə düşünürsünüz, “Taliban”a inanmaq, güvənmək olarmı?

    - ABŞ “Taliban”la masaya oturdu. Beynəlxalq aləm düşündü ki, taliblər dəyişib, biz də buna inanmışdıq. “Taliban” dəyişib, amma daha aqressiv olub. Mətbuatda bəzi qorxunc şeylərə rast gəlirik, taliblər hakimiyyətə gələrsə nələr edəcək və s. Biz inanırıq ki, “Taliban” dəyişməyib. Onlar nə edibsə, beynəlxalq aləmi, insanları, xalqı aldatmaq üçün edib. Onu da demək istəyirəm ki, əfqan xalqı dəyişib. Onlar 20 il əvvəlki əfqan xalqı deyil.

    Bir az əvvəl də dediyim kimi, universitetlərin yarısını qadınlar təşkil edir. Əfqanıstanda media, təşkilatlar fəaliyyət göstərir. Taliblər qəsəbə və rayonları ələ keçirdiyi zaman xalq silaha sarıldı.
    Hətta qadınlar da əllərinə silah alıb onlara qarşı döyüşür. Bilirlər ki, taliblər hakimiyyətə gələrsə, 20 il əvvələ qayıtmalı olacaqlar. Sizlər də əfqan qadının bir səsi olun, mətbuatda işıqlandırın, dəstək göstərin. Çünki əfqan qadınları çox çətin günlər yaşayır.

    Xalq bu gün Əfqanıstan ordusunun yanındadır, taliblərə qarşıdır. Taliblər bütün ölkəni ələ keçirsə belə, Əfqanıstanda hökumət qura bilməz. Çünki xalq istəmir, xalq istəmədikdən sonra bu onlar üçün çətin olar. Bu səbəbdən 20 ildə əldə etdiklərimizi qorumalı və “Taliban” müharibəni bitirmək üçün əfqanlarla öz aralarında sülh əldə etməlidir.
    Sülh əldə olunmazsa vətəndaş müharibəsi baş verəcək, əcnəbi döyüşçülər orda olacaq. “Taliban” onlara bir baza yaradacaq və bu baza Əfqanıstanda müharibə bitdikdən sonra - hansı ki, bitməyəcək – bölgədəki ölkələrə keçəcək.
    Müharibənin pula ehtiyacı var. Pul əldə etmək üçün də narkotikdən, onun satışından istifadə edəcəklər. Yəni əcnəbi terrorçular bölgə ölkələrinə sığınacaq, narkotik ticarəti başlayacaq, xalq ölkəni tərk etməyə məcbur olacaq. Bu, həm region dövlətlər, həm də beynəlxalq aləm üçün yaxşı hal deyil. Bu üzdən də region dövlətlər bizə kömək etməlidir.



    - Əgər vəziyyət daha da gərginləşərsə və hadisələr dediyiniz məcraya yönələrsə, Əfqanıstan hökuməti xarici qüvvələrin köməyindən istifadə edəcəkmi?

    - ABŞ bəyan edib ki, onlar ölkəni birdəfəlik tərk etmir. Hələ də Əfqanıstan Hərbi Hava Qüvvələrinə dəstək olacaq. Təkrar edirəm, biz sülh və sülh üçün çalışmaq istəyirik. Onu da deyim ki, “Taliban” heç zaman bacarmayacaq. Daha doğrusu xalqın dəstəyi olmadan uğur qazana bilməyəcək.

    - “Taliban” bəyan etmişdi ki, hərbçilər xaric, ölkədəki heç bir əcnəbiyə zərər verməyəcək, onlara toxunmayacaq. Bir yandan Kabildə Həmid Karzai Beynəlxalq Hava Limanının təhlükəsizliyinin Türkiyə və Macarıstan hərbçilərinin qoruyacağı ilə bağlı razılaşmalar var. Amma “Taliban” bəyan edir ki, Türkiyə də daxil olmaqla, heç bir xarici hərbçiləri ölkəsində görmək istəmir...

    - “Taliban” hökumət, dövlət deyil. Əfqanıstanda hələ də seçilmiş hökumət fəaliyyət göstərir. Onlar hədələyə bilər. 6 ildir həmin hava limanının təhlükəsizliyini türklər qoruyur. Onlar Əfqanıstandakı vəziyyəti çox yaxşı bilir. Türklər orda tək deyil, ABŞ və NATO onlara dəstək göstərir. Bəzi məlumatlar şişirdilir, həqiqəti əks etdirmir. Biz boşluqda qaldığımız zaman “Taliban” gəlib bu coğrafiyanı tutdu. Taliblər harda vuruşursa, orda çoxlu itkilər verir.

    - Dediniz ki, “Taliban” qəsəbə və rayonları ələ keçirib. Amma onun ölkənin çox hissəsinə nəzarət etdiyi bildirilir. Mətbuatda müxtəlif rəqəmlər səsləndirilir. Hazırda “Taliban” ölkənin neçə faizinə nəzarət edir və döyüşlər daha çox hansı ərazilərdə baş verir?

    - Taliblərin ölkənin neçə faizini ələ keçirdiyi məlum deyil. Təkcə Kabilin 7 milyon əhalisi var. Əfqanıstan dağlıq bir bölgədir. Sən bir qəsəbəni ələ keçirdinsə, onu necə idarə edəcəksən? Biz Silahlı Qüvvələrimizi bir yerə toplamışıq. Taliblər aldığı yerlərdə çətin vəziyyətdədir ki, onu necə qoruya biləcək. Biz ilk olaraq etdiyimiz iş o oldu ki, insanlarımız, hərbçilərimiz öldürülməsin, silahlarımız itirilməsin. Düzdür, çətin bir vəziyyət var, amma nəzarət altındadır.

    - Cənab Səfir, həm ölkə rəhbərliyi zaman-zaman verdiyi açıqlamalarda, həm də siyasi ekspertlər də vurğulayır ki, “Taliban”ın yenidən dirçəlməsi bəzi region dövlətlərin xeyrinə, digərlərinin ziyanına olacaq. Ümumiyyətlə, bu oyunun pərdəarxası barədə çox müzakirələr aparılır. Siz bu müzakirələri necə şərh edərdiniz?

    - “Taliban”ın heç kimə xeyri dəyməz. Amma “Taliban”dan bəzi ölkələr öz maraqları üçün istifadə etmək istəyər. Pakistan, İran, Səudiyyə Ərəbistanı, Hindistan – hansı olur, olsun. Biz bölgədə sülh istəyirik. Əgər Əfqanıstan rahatsız olarsa, Pakistan, İran, Hindistan da rahatsız olacaq. Bu üzdən dedim ki, biz bu müharibənin ilk xətdindəyik.
    Gəlin birlikdə fəaliyyət göstərək, Əfqanıstana sülh gətirək. Belə dedi-qodular var: ABŞ bunları şimala aparıb, Rusiya məsələsi var və s. Ola bilər. Amma bizim üçün ən vacibi Əfqanıstanda sülhün olmasıdır.

    - Yeri gəlmişkən, “Taliban”dan daha çox qonşu Çin və Hindistan narahatlıq keçirir. Bu narahatlıqlar nədən qaynaqlanır?

    - Bir neçə gün əvvəl Pakistan mediası Baş nazir İmran Xana istinadla xəbər verdi ki, əgər “Taliban” hakimiyyətə gələrsə, Hindistan bundan əziyyət çəkəcək. Əfqanıstan coğrafiyasının bu iki ölkənin şəxsi maraqlarına məruz qalmamasını istəyirik. Hindistanla Pakistanın lap əvvəldən problemləri var.
    Biz Pakistandan qonşumuz, müsəlman bir ölkə olaraq Əfqanıstanda sülhün bərqərar olması üçün köməklik göstərməsini arzu edirik. Çünki Əfqanıstandakı müharibə Pakistana da təsir edəcək. Çinə gəlincə, Əfqanıstanda bəzi sahələrə investisiyalar yatırıb. İqtisadi baxımından və Bədəxşan bölgəsində fəaliyyət göstərən Şərqi Türküstan İslam Hərəkatından (ETİM) narahatdır. Qoy hər kəs – Çin, İran, Pakistan, Hindistan, hətta Rusiya belə Əfqanıstanda şərəfli, daimi bir sülh üçün dəstək göstərsin.

    - Prezident Əşrəf Qanini həm də daha çox narahat edən “Dürand xətti”dir. O, ötən həftə “Taliban”a “Dürand xətti”ni qəbul etməyəcəkləri, Əfqanıstanı dairəvi yoldan birtərəfli yola dəyişməyəcəkləri, başqalarına xidmət etməyəcəkləri ilə bağlı müraciət edib. Bu “Dürand xətti”nin nə kimi strateji əhəmiyyəti var?

    - “Dürand xətti” Əfqanıstan və Pakistan arasında Pakistan qurulmamışdan əvvəl çəkilmiş bir xəttdir. İki ölkə arasında problem olaraq qalır. Əfqan xalqı deyir ki, ölkədə sülh əldə olunarsa, bu məsələni xalqın qarşısında qaldıracağıq, qoy xalq özü qərar versin. Ə.Qaninin “Taliban”a müraciəti o idi ki, siz Pakistanla daha sıx fəaliyyət göstəririsiniz, onlarla deyil, gəlin öz vətəniniz üçün işləyin.
    Hər halda bizim Pakistandan da istəyimiz var: “yaxşı terrorçu, pis terrorçu, yaxşı talib, pis talib” deməsin. Terrorçu terrorçudur, talib talibdir. Yəni onları himayə etməsin.

    - Prezident Qani həmçinin taliblərə müraciətində deyib ki, başqa ölkələrin diktəsi ilə ölkəni məhv etməsinlər. Ə.Qani qonşu dövlətləri nəzərdə tutur ya digər başqa region ölkələr də bura daxildir?

    - “Taliban” İrana da, Pakistana da gedir-gəlir. Taliblərin siyasi lideri molla Abdul Qani Baradar Dohadan Pakistana xəstəxanaya gedib yaralılarıyla söhbət edib, görüntüləri var. Əfqanıstanda bir neçə qəsəbəni alıb bunu Pakistanda qeyd etdilər. Pakistanın daxili işlər naziri bir neçə gün əvvəl demişdi ki, taliblərin ailələri, yaralıları Pakistandadır.
    Təəssüf ki, bunu onlar özü deyir. Pakistanı müsəlman qonşumuz olaraq tanıyırıq, onlardan istədiyimiz budur ki, Əfqanıstan məsələsini siyasi yolla həll etsək, Əfqanıstanda sülh bərqərar olar. Çünki əfqan xalqı terordan çox əziyyət çəkib.

    - Əfqanıstan hökuməti Azərbaycanın Ermənistanın işğal etdyi əraziləri azad etməsi ilə nəticələnən, ölkəmizin qələbə qazandığı 44 günlük Vətən müharibəsinin nəticələrini necə dəyərləndirir?

    - Əfqanıstanla Azərbaycanın dərin bir dostluğu var. Bu dostluq ikitərəflidir. Əfqan xalqı Azərbaycan xalqının bu çətin vəziyyətində yanında olub. Azərbaycanın sülhməramlı qüvvələri 2015-ci ildən Əfqanıstanda fəaliyyət göstərir.
    Əfqanıstan BMT-nin qəbul etdiyi qətnamələrdə hər zaman Azərbaycanı dəstəkləyib. İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın istəklərini dəstəkləmişik.
    İşğaldan azad olunmuş torpaqları, Zəfər yolunu gördüm. Oralar çox gözəldi və inşallah gələcəkdə daha da gözəl olacaq.

    Laçın SƏMLA

    Oxunub: 535
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      10:50 | Rəsul Quliyev, Hacı Qalib və Qod Nisanov QALMAQALI - 5 milyonluq savaş
      10:45 | KXDR "ən güclü nüvə silahı"nı nümayiş etdirib
      10:40 | İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər - Fidan
      00:25 | Nazir Gəncə Regional İdarəsinin rəisini işdən çıxardı - FOTO
      00:20 | İsrailin saxladığı fəallar Türkiyəyə gətirildi - FOTO
      00:15 | KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
      00:10 | Putindən Azərbaycanla bağlı qəribə sözlər: "Hər yerdə rus dilində danışırlar..."
      00:05 | “Kənd adamlarıdır, istəsəm, evləri 15 ilə də verə bilərəm”- “Şərurlu” İsfəndiyar /VİDEO
      00:03 | Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri Qarsda birgə təlim keçəcək
      00:00 | Tramp bu ölkəni işğal etməklə hədələdi: Regionda hazırlıq başladı
      10-10-2025
      22:45 | Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi -  DİN-in MƏLUMATI
      22:40 | Prezident Tacikistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşıb -  VİDEO
      22:35 | Qalmaqallı məktəb direktoru işdən azad edildi
      18:00 | Çində rekord TIXAC: MİLYARDLARLA AVTOMOBİL...- FOTO/VİDEO
      17:50 | Atəşkəsdən sonra fələstinlilər Qəzzaya qayıdır - VİDEO
      17:40 | “QƏRB SANKSİYALARI Tehran-Bakı münasibətlərinə TƏSİR ETMƏYƏCƏK”-  “Ermənistan rəsmiləri bizi əmin edib ki..."/Səfirlə MÜSAHİBƏ
      17:20 | Keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilmişdi - O da azadlığa çıxdı
      17:01 | Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır - Tender müsabiqəsi keçirilmədən
      16:55 | Prezident MDB Dövlət Başçıları Şurasının ilcasında iştirak etdi - Yenilənib /FOTOLAR
      16:45 | Tanınmış jurnalist dövlət qurumları ilə 500 000 MANATLIQ müqavilə bağlayıb
      16:40 | DAXİLİ QOŞUNLARA YENİ SƏLAHİYYƏTLƏR VERİLİR -  Bu şəxsləri saxlaya biləcək
      16:35 | “Vaqner”-də yox, Türkiyədə istirahətdə imiş...- Peskovun oğlu qalmaqala düşüb
      16:30 | "Nobel Komitəsi siyasəti sülhdən üstün tutur"- Ağ Evdən Trampa sülh mükafatı verilməməsinə reaksiya
      14:20 | Ötən ay Azərbaycanda ƏN ÇOX BAHALAŞAN ərzaq məhsulları -  SİYAHI
      14:15 | Azərbaycan millisi fransızlara qarşı -  "10-0"-lıq acı məğlubiyyətin əvəzini çıxmaq...
      14:00 | GENERALIN QARDAŞI OĞLU DUBAYDAKI MƏNZILLƏRINI SATIŞA ÇIXARDI -  Zeynalovlar bahalı şəhərləri “fəth edir” /FOTOLAR
      13:55 | ABŞ-dan diqqət çəkən addım: İsrailə yüzlərlə əsgər göndərir
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.