Bişkekdən gətirilən FETÖ-çu üçün 22 il həbs
FETÖ-nun Mərkəzi Asiya üzrə baş direktoru Orxan İnandı barədə istənilən cəza bəlli olub.
Türkiyə KİV-i xəbər verir ki, Ankara Baş Prokurorluğu "silahlı terror təşkilatını idarə etmək" ittihamı ilə O.İnandı üçün 15 ildən 22 il 6 aya qədər həbs cəzası tələbi ilə iddia qaldırıb.
Qeyd edək ki, 21 ildir Qırğızıstanda yaşayan FETÖ-nun Mərkəzi Asiya üzrə baş direktoru Orxan İnandı iyunun 1-də Bişkekdə saxlanılaraq Türkiyəyə gətirilib.
Oxunub: 152
Xəbəri paylaş
Paylaş: