Paşinyan rus generalla görüşdü: Sərhəd müzakirəsi...
Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov arasında İrəvanda görüş keçirilib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat verib.
"Nikol Paşinyan müdafiə və təhlükəsizlik sahəsində Ermənistan-Rusiya əməkdaşlığını və gələcəkdə mümkün olan səmərəli əməkdaşlığı yüksək qiymətləndirib", - məlumatda qeyd olunub.
Eyni zamanda, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Oxunub: 195
Xəbəri paylaş
Paylaş: