İranda etiraz aksiyası başladı:
ölən var - Video
İranın Xuzistan əyalətində su qıtlığı ilə əlaqədar etiraz aksiyaları yenidən başlayıb.
Bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, suyun çatışmazlığına Harun çayının suyunun azalması səbəb olub.
Etirazı təşkil edən yerli sakinlərin açdığı atəş nəticəsində bir nəfər ölüb. Etirazçılar yolları bağlamaq üçün təkərləri də yandırıblar, İran təhlükəsizlik qüvvələri isə atəş səsləri altında izdihamı dağıtmağa çalışıb”.
Qeyd edək ki, bir neçə gün öncə İranın etnik ərəblərin yaşadığı Xuzistan əyalətinin Xürrəmşəhr bölgəsinin əhalisi də etiraz aksiyası keçirib.
Oxunub: 411
Xəbəri paylaş
Paylaş: