ABŞ-da etiraz aksiyası zamanı kütləyə atəş açılıb:
2 nəfər ölüb, 5 nəfər yaralanıb
ABŞ-ın Corciya ştatının Atlanta şəhərində baş verən atışma nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
“Fox” telekanalının verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.
Polisin bildirdiyinə görə, şənbə günü axşam saat 6 radələrində naməlum şəxslər Atlantanın şərqindəki “Edgewood” ərazisində etiraz aksiyasına toplaşan kütləyə avtomobildən atəş açıblar.
Yaralılar ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başladılıb./apa
Oxunub: 481
Xəbəri paylaş
Paylaş: