POLİS RƏİSİNİN EVİNDƏN QIZIL ÖRTÜKLÜ UNİTAZ ÇIXDI -
Antikorrupsiya əməliyyatı /FOTO
Rusiya polisi rüşvət əməliyyatı çərçivəsində saxlanılan Daxili İşlər Nazirliyinin Stavropol Yol Polisi Şöbəsinin rəisi Aleksey Safanovun villasında lüks avtomobillər və qızıl örtüklü unitazlar aşkar edib.
Polis rəisinin dəbdəbəli villasından çıxanlar ölkədə müzakirələrə səbəb olub.
Rusiyada polis tərəfindən təşkil olunan rüşvət əməliyyatında Aleksey Safanov və onun əmrində işləyən 35-dən çox yol polisi zabiti saxlanılıb.
Əməliyyat çərçivəsində Safanovun evində aparılan axtarışlar heyrətləndirici faktlar ortaya çıxarıb.
Sahib olduğu lüks nəqliyyat vasitələrinə əlavə olaraq, Safanovun ev yox, rəsmi olaraq saray tikdirdiyi, hətta evdəki tualetlərin də qızıl örtüklü olduğu məlum olub.
Bundan əlavə, Safanovun rütbəsi və səlahiyyətlərini aşan hadisələrdə iştirak etdiyi, mafiya qrupları ilə əlaqələrinin olduğu və gördüyü işlərə görə pul aldığı müəyyən edilib.
Əməliyyatdan sonra Safanov və onun əmrində işləyən 35-dən çox polisə qarşı istintaq başlayıb.