Prokuror erməni hərbçilərinin 7 il azadlıqdan məhrum olunmasını istədi

İyulun 22-də Bakı Apellyasiya Məhkəməsinin binasında 13 erməni hərbçidən– Haykaz Ovanesyan, Varazdat Manukyan, David Stepanyan, Levan Tosunyan, Artur Baqdasaryan, Serop Avakyan, Varazdat Arutyunyan, Jora Manukyan, Qrayr Herabyan, Narek Qasparyan, Qriqor Kureqyan, Aşot Qevorkyan və Martin Aqramanyan – ibarət növbəti qrupun işi üzrə proses davam edib.
Dövlət ittihamçısı öz çıxışından onların 214.2.1, 214.2.3 (bir qrup şəxs tərəfindən törədilən terrorizm), 228.3 (qanunsuz silah əldə etmək, saxlamaq və ya daşımaq), 279.2 (müəssisələrə, idarələrə hücum) və 318.2 (Azərbaycanın dövlət sərhəddini qanunsuz keçmək) maddələrilə təqsirli bilinməsini və 7 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Oxunub: 202
Xəbəri paylaş
Paylaş: