Gürcüstanda koronavirus: son sutkada 2 617 nəfər yoluxub, 9 nəfər ölüb
Gürcüstanda son sutkada koronavirusa 2 617 yeni yoluxma halı qeydə alınıb, 869 nəfər müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə 400 698 nəfərə COVID-19 diaqnozu qoyulub. Onların 371 434-ü sağalıb, 5 665-i isə dünyasını dəyişib.
Aktiv xəstə sayı 23 573 nəfər təşkil edir.
Oxunub: 313
Xəbəri paylaş
Paylaş: