Çin liderinin Tibetə "gizli" səfəri - 30 ildən sonra bir ilk...
Xarici KİV xəbər verir ki, Si Szinpin son 30 ildə Tibetə səfər edən ilk dövlət başçısıdır.
Dövlət televiziyasında yayımlanan görüntülərdə Tibetdə təyyarədən enən Si Szinpini etnik libasda Çin bayrağı tutan kütlə qarşılayır.
Si Szinpin 10 il əvvəl Tibetdə dövlət başçısının müavini kimi olub.
Çinin dövlət rəhbəri olaraq bölgəni sonuncu dəfə 1990-cı ildə Jianq Ze Min ziyarət edib.
Oxunub: 317
Xəbəri paylaş
Paylaş: