Peterburqda 204 min dollarlıq rəsm əsərini oğurlayan Bakı ermənisi tutuldu
Sankt-Peterburqda 11 il bundan əvvəl baş vermiş cinayətin üstü açılıb. Belə ki, 53 yaşlı Bakı ermənisi, bankir, “Nə? Harada? Nə zaman?”yarışmasının keçmiş sponsoru Aşot Xaçiyan dələduzluqda ittiham olunur. İlkin məlumata əsasən, Xaçiyan 2010-cu ildə aldatma yolu ilə Peterburq ofisinin binasından Beqqrovun “Peterburqun qış mənzərəsi” adlı rəsm əsərini oğurlayıb. Sənət əsərinin qiyməti 204 min dollardır. Xaçiyanın barəsində 2010-cu ildən axtarış elan olunmuşdu. Onu Moskvada yaxalayıb, Sankt-Peterburqa aparıblar. Cinayət işi açılıb. İstintaq tədbirləri davam edir.
Oxunub: 322
Xəbəri paylaş
Paylaş: