Kaliforniya meşələrini “meqayanğın” bürüyüb -
FOTO
“USA Today” qəzetinin yazdığına görə, hələlik yanğını nəzarət altına almaq mümkün olmayıb və o şimala və şimal-şərqə doğru yayılmağa davam edəcək.
Meşə yanğınları Oreqon ştatında da baş alıb gedir. Xoşbəxtlikdən külək azalıb və yanğınsöndürənlər ərazinin 40 faizini nəzarətə götürə biliblər.
Son məlumatlara görə, ABŞ-da meşə yanğınları səbəbilə 70 yaşayış evi və 100-dən çox digər tikili yanıb. 2 min evin sakini təxliyə edilib və daha 5 mininin mümkün təxliyəsi barədə xəbərdarlıq olunub.
Bildirilir ki, gün ərzində ABŞ ştatlarında 83 böyükmiqyaslı yanğın baş verib. Alovlar 553 min hektar ərazini əhatə edir.